Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın axtarışa verdiyi 4 nəfər Rusiyadan ekstradisiya edilib

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən milli qanunvericiliyin və tərəfdar çıxdığımız beynəlxalq müqavilələrin, o cümlədən “Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” Minsk Konvensiyasının tələblərinə əsasən Rusiya Federasiyasının Baş Prokurorluğu ilə ikitərəfli münasibətlər çərçivəsində ölkəmiz ərazisində cinayət törətmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsindən ötrü Azərbaycan Respublikasına ekstradisiya edilmələri barədə sorğu edilib.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Şirxan Abdullayevin – 15 mart 2015-ci il tarixdə Gəncə şəhərində aralarında baş vermiş münaqişə zamanı qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına; Elvin Cəfərovun – 03 aprel 2017-ci il tarixdə Bakı şəhərində sifariş əsasında qabaqcadan əlbir olan bir qrup şəxslə silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq edərək zərərçəkmiş şəxsin həyat və sağlamlığı üçün zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə adam oğurluğuna cəhd etməsinə; Fuad Abbasovun – 22 iyun 2019-cu il tarixdə Bakı şəhərində aralarında yaranmış mübahisə zamanı qəsdən zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurmasına; Mehdi Şükürovun – 2016-2019-cu illər ərzində bir qrup Azərbaycan Respublikasının vətəndaşları ilə cinayət əlaqəsinə girərək İran İslam Respublikası və Suriya Ərəb Respublikası ərazilərində qanunvericiliklə nəzərdə tutulmayan qanunsuz silahlı birləşmənin fəaliyyətində iştirak etməsinə əsaslı şübhələr müəyyən edildiyinə görə qeyd edilən şəxslər Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində beynəlxalq axtarış elan edilib.

Axtarışda olan şəxslərin Rusiya Federasiyasının ərazisində yerlərinin müəyyən edilməsi əsası ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunun sorğusu təmin edilməklə qeyd edilən şəxslər cari il 23 və 27 iyul tarixlərində Azərbaycan Respublikasına ekstradisiya ediliblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Ən çox oxunanalar