Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın Ata dərdi – Axı niyə?!

Gör nə günə düşmüşük ki, obyekt sahibləri vergilərdən yox, blogerdən qorxurlar...

Şərq əlbəyaxa döyüş növləri ilə məşğul olan bir şəxs Şaolin monastrına gəlir və getdiyi yolda ən yüksək pilləyə nail olmaq üçün oranın şagirdi olmaq istədiyini bildirir. Ona başa salırlar ki, bu monastrda qalmaq üçün müəyyən hazırlıq kursu keçməli, sonda iri bir səbətdən suallar yazılmış bükülülərdən birini götürərək imtahan verməlisən.

Gənc adam Şaolin fəlsəfəsinə yiyələnmək üçün hər şeyə hazır olduğunu bildirir, soruşur ki, bəs bu imtahanda düşən suallara cavab vermək üçün nə qədər vaxt ayrılır. İzah edirlər ki, suala hazırsansa, o dəqiqə cavab verə bilərsən, deyilsənsə, sakit bir hücrədə istədiyin qədər fikirləşə bilərsən. Dağlara çıxan sonuncu tələbənin nə qədər fikirləşdiyini soruşanda, “14 ildir oradadır, biletinə düşən suala cavab tapa bilmir”, - cavabını alır. Kağız bükülüdə bir sual var idi – “Axı niyə?!”

Yaşadığımız dünyanın bütün pozitiv və neqativ hadisələrinə qiymət verərkən, əksər hallarda beynimizdə bir sual açıq qalır – Axı niyə?! Bu sual istənilən sahə ilə bağlı, özümüz istəsək də, istəməsək də, telekanallardan, ağıllı telefonlardan, radiolardan, reklam elanları vasitəsi ilə beynimizə yeridilən informasiya axını zamanı ortaya çıxır. Bəzən cavabını bilə-bilə əsəbimizdən, bəzən isə baş verənləri başa düşə bilməməyimizdən yaranır bu sual.

Bu gündən etibarən Azərbaycanda xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin daha bir qismi yumşaldılıb. Belə ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına görə, insanları maraqlandıran iki əsas məsələ də öz həllini tapıb. Bunlardan biri ölkə ərazisində iri ticarət mərkəzlərinin və “Mall”ların fəaliyyətinin (nəzdindəki uşaq və digər əyləncə mərkəzləri, kinoteatrlar, ictimai iaşə məkanlarının fəaliyyəti istisna olmaqla) bərpa olunması, ikincisi isə Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmətin (ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili istisna olmaqla) saat 08:00-dan 22:00-dək həyata keçirilməsidir.

Mənə elə gəlir ki, bu qərar çox düzgün, amma bir balaca da gecikmiş qərardır və uzanması da əlavə problemlərə yol açacaqdı. Amma bu qərarın verilməsi və ondan sonra baş verən hadisələr insanlarımızın öz hüquqlarını bilməməsini bir daha sübut etdi. Özü də hüquqlarını təkcə sadə vətəndaşlar deyil, ştatında neçə-neçə hüquqşünası olan yekə-yekə obyekt sahibləri bilmir. Bilsəydilər, belə aciz duruma düşməzdilər. Axı niyə belə hesab edirəm, izah edim.

Yuxarıda sözügedən qərarı verməklə Nazirlər Kabineti yanında Operativ Qərargah bir neçə əhali təbəqəsinə və dövlətə yardım etmiş oldu. Onsuz da hamı bilirdi ki, fərdi mağazalarda insanların sayı “Mall”lardan az olmur. Yəni tutaq ki, “Nərimanov”, “Memar Əcəmi” metrostansiyalarının ətrafındakı ticarət obyetlərində adam əlindən tərpənmək olmurdu. Hətta, 3 saatlıq SMS qüvvədə olanda belə. Və əhalini təhlükəsiz sosial məsafə saxlamaq mədəniyyətinə öyrəşdirə-öyrəşdirə bu problemi də həll etmək mümkündür. İndi “Sədərək” və “Binə”nin açılması ilə həm mağaza sahibləri və satıcılar dolanacaq, həm də əhali istədiyi geyimləri ucuz qiymətə ala biləcək.

Amma bizi sözümüzün Mustafası “Mall”lar yox, restoran, kafelər və isitrahət mərkəzləridir. Bu gün onların iş saatı, virusa yoluxma təhlükəsi və s. barədə danışmaq fikrimiz yoxdur. Bugünkü mövzumuz bayaq dediyim kimi, hüquqi savadsızlıqdır. Əslində, rubrika üçün başqa mövzu tapacaqdım, amma bir xəbər məni necə deyərlər, cin atına mindirdi.

Bloger Ata Abdullayev gecə saatlarında restoranların birində döyülüb. Yerli mətbuat xəbər veriri ki, o, Pirşağıda yerləşən “Həyat” istirahət mərkəzindən canlı yayım edib. Həmin əyləncə mərkəzində karantin qaydaları ciddi şəkildə pozulub. Çəkiliş zamanı Ata Abdullayevə hücum edilib, döyülüb və söyülüb.

Baxdım o videoya. Əcəb işə düşmüşük. Gör nə yerə gəlmişik ki, obyekt sahibləri vergilərdən, “pajarnıdan”, filandan yox, Ata Abdullayevdən qorxurlar. Kimdir bu bloger? Haqqında çox şeylər eşitmişəm: biri deyir, kiminsə adamıdır, o biri deyir, polisdə dayısı var, üçüncü deyir... Hətta, haqqında bir dostumun danışdığı lətifə də yayılıb: Bir yer tapıb, bir xanımla normal istirahət də edə bilmirik ki, indi polis cəhənnəm, Ata Abdullayev əlində telefon girəcək içəri ki, “qardaş, bu bacı ilə burda neynirsən”.

Mən isə onu bilirəm ki, bu Ata Abdullayevdən qaçan obyekt yiyələri həqiqətən də savadsızdırlar. Adam obyektin işçilərinin üstünə elə “naezd” edir ki, heç prokurorluq əməkdaşları əllərində sanksiya belə etmirlər...

Nə Ata Abdullayevi, nə də sahibinin Cavid Qurbanov olduğu deyilən “Həyat” istirahət mərkəzini tanıyıram. Heç olmamışam da orda. Heç Cavid Qurbanovu da şəsxən tanımıram. Bir onu bilirəm ki, istənilən hüquqi dövlətdə Ata Abullayev şüvən salıb özünü döydürmək istəsə belə, obyekt yiyəsi gözətçiləri çağırar, adamı nəzakətlə başqasına məxsus olan ərazidə icazəsiz çəkiliş aparmağın qadağan olduğunu izah edərdi. Yox əgər qanmasa, onda polis cağırar və həmin adamı məhkəmə yolu ilə yüksək məbləğdə cərimə etdirər və hətta dama basdırardı.

Həmçinin, hüququn normal işlədiyi dövlətdə obyekt sahibləri karantin qaydalarını pozduqları üçün cərimə ödəsələr belə, Ata kimiləri məhkəməyə verib, onlardan ödənilən məbləğin 5 qatını alardılar. Çünki, bloger olmaq, guya, qanunun bərpası adı altında qanunsuzluqlar törətməyə əsas vermir. Qanunun aliliyini onu pozmaqla təmin etmək də cinayətdir. Bunu Ata Abdullayev bilməyə bilər, sifətindən də görünür ki, bilmir və bilməyə heç zaman cəhd də etməyib. Amma obyekt yiyələri bilməlidirlər, axı.

Və ən əsası, əgər Ata Abdullayev belə qanunpərəst və düzgünlük tərəfdarıdırsa, yüksək rütbəli “paqon” sahiblərinin obyektlərindən də bir-iki reportaj eləsin, görək…(Ayna.az)

pia.az


Etiket: Ata Abdullayev


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Ən çox oxunanalar