Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın 9 milyarda yaxın xarici borcu var

Bu il yanvarın 1-də Azərbaycanın xarici dövlət borcu 8 milyard 927.1 milyon ABŞ dollarına (15 milyard 176.0 milyon manat) bərabər olub

Bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.Nazirlik bildirir ki, xarici dövlət borcunun Ümumi Daxili Məhs ulda (ÜDM) olan nisbəti (2018­ci il üçün hesablanmış 79 milyard 797.30 milyon manat ÜDM­ә nisbətdə) 19 faiz təşkil edib.

«Borca hökumətin birbaşa öhdəlikləri və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə sərti öhdəliklər daxil edilib. Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyәlәşmә proqramları üçün cəlb edilmiş kreditlәrdәn, həmçinin beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir», – nazırlik qeyd edir.

Bu rəqəm Azərbaycanın xarici borcunun azaldığı anlamına gəlir. Bir il əvvəl ölkənin xarici dövlət borcu 9 milyard 398.3 milyon ABŞ dolları olmuşdu. Bununla belə, 2017-ci ilin əvvəlində Azərbaycanın xarici dövlət borcu cəmi 6 milyard 913.2 milyon ABŞ dolları idi.

Ötən ilin əvvəlində maliyyə naziri Samir Şərifov Azərbaycanın xarici borcunun artmasının səbəblərindən danışarkən, bunu bir neçə amillə izah etmişdi. Onun fikrincə, bu, əsasən, maliyyə-bank sisteminin sağlamlaşdırılmasından ötrü görülən tədbirlər və Cənub Qaz Dəhlizi (Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutur-red.) layihəsi ilə bağlı verilən dövlət zəmanəti ilə bağlıdır.

Yerli müstəqil ekspertlər isə ümumilikdə xarici borcun statistikası ilə bağlı açıqlanan rəsmi rəqəmlərə şübhə edirlər. Onlar iddia edirlər ki, Azərbaycanın xarici borcu əslində açıqlandığından daha çoxdur.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar