Bazar, 19 May 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Azərbaycanı içindən batıran kölgə iqtisadiyyatı – Bu mərəzdən qurtuluş varmı?

Azərbaycanda kölgə iqtisadiyyatın geniş yayılması hesabına ölkəmiz iqtisadi artım səviyyəsinə görə Gürcüstandan və Ermənistandan geri qalır...

Ekspert: “Ölkəmizdə kölgə iqtisadiyyatının payı ÜDM-un 67,4%-ni təşkil edir ki, bu da dünya ortalamasından üç dəfə çoxdur”

“Ölkəmizdə isə ÜDM-un üçdə ikisi qeyri-rəsmi sektorun payına düşür. Beləcə, ticari əməliyyatlar rəsmi qeydiyyat olmadan və büdcəyə vergi ödənmədən həyata keçirilir. Nəticədə, ölkəmiz adambaşına düşən ÜDM və iqtisadi artım səviyyəsinə görə Gürcüstandan və Ermənistandan geri qalır”.

Bu sözləri iqtisadçı ekspert Vüsalə Əhmədova ölkədə kölgə iqtisadiyyatının miqyasını PİA.az-a şərh edərkən bildirib.

Qeyd edək ki, bir çox ekspertlər Azərbaycanda ÜDM payının və iqtisadi inkişaf səviyyəsinin yaxın qonşularımızdan aşağı olmasının əsas səbəblərindən biri və başlıcası kimi kölgə iqtisadiyyatı göstərirlər. Əslində isə Azərbaycanda adam başına düşən ÜDM payı Gürcüstan və Ernəistandan daha çoxdur.

Lakin bu gəlirlər rəsmiləşdirilmədiyi üçün və gəlirlərin böyük qismi vergidən yayındığına görə Azərbaycanda adam başına düşən ÜDM payı Gürcüstan və Ernəistandan geri qalır.

Məsələ ondadır ki, rəsmiləşməmiş gəlirlərin böyük hissəsi ölkədə böyük kölgə iqtisadiyyatı şəbəkəsinə sahib olan yüksək çinli məmurların cibinə axır. Bu isə artıq uzun illərdir ki, ölkədə sosial vəziyyəti daha da pisləşdirən amilə çevrilib. Məhz bu səbəbdən az gəlirli ailərin sosial vəziyyəti də ağırlaşır. Digər tərəfdən az gəlirli ailələrin böyük hissəsi sosial təminatlardan məhrum qalır. Bu da həmin ailələrin dövlətdən sosyail yardım alması üçün müraciətinə səbəb olur.

Faktiki olaraq bir tərəfdən çox böyük vergi gəlirləri büdcəsədən yayınır, digər tərəfdən isə dövlət aztəminatlı ailələrin soial problemləri üçün büdcədən daha çox vəsit ayırmağa məcbur olur. Yəni dövlət həm milyardlarla manat vəzitdən məhrum olur, həm də büdcədən sosial yardım üçün daha çox vəsait ayırmağa məhkumluğu yaranır.

İşin tragikomik tərəfi isə odur ki, dövlətin aztəminatlı ailələrə ayırdığı sosial yardımların böyük hissəsi də yerlərdə məmurlar tərəfindən mənimsənilir.

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı ekspert Vüsalə Əhmədovanın fikirlərini öyrənib.

Vüsalə Əhmədova: “Hər birimiz çox yaxşı bilirik ki, bir çox hökumət rəsmiləri və təhlükəsizlik işçiləri kölgə iqtisadiyyatından aktiv istifadə edərək böyük gəlirlər əldə edirlər”.

Iqtisadçi ekspert Vüsalə Əhmədova hesab edir ki, Azərbaycanda kölgə iqtisadiyyatın geniş yayılmasının əsas səbəblərindən biri qanunların, xüsusən korrupsiyaya qarşı mübarizə qanunlarının işləməməsidir. Vüsalə Əhmədovanın fikrincə Korrupsiyaya qarşı mübarizə Komissiyasının tərkibi icra, qanunvericilik və məhkəmə hakimiyyəti tərəfində müəyyənləşdiyinə görə Komissiayanın ədalətli fəaliyyət göstərməsi mümkün deyil:

“Xatırlayırsınızsa, Beynəlxalq Mühasiblər Assosiasiyası (Association of Chartered Certified Accountants) dünya miqyasında kölgə iqtisadiyyatının qiymətləndirilməsi və proqnozu ilə bağlı bir araşdırma nəşr etdi. Azərbaycan həmin siyahıya liderlik edirdi. Ölkəmizdə kölgə iqtisadiyyatının payı ÜDM-un 67,4%-ni təşkil edir ki, bu da dünya ortalamasından üç dəfə çoxdur.

Nəzərinizə çatdırım ki, 1999-2010-cu illərdə Avropada ən yüksək kölgə iqtisadiyyatı Bolqarıstanda və Rumınyada mövcud olub ki, bu da müvafiq olaraq həmin ölkələrdə ÜDM-un cəmi 34,6% və 32,2%-ni təşkil edib. Ölkəmizdə isə ÜDM-un üçdə ikisi qeyri-rəsmi sektorun payına düşür. Beləcə, ticari əməliyyatlar rəsmi qeydiyyat olmadan və büdcəyə vergi ödənmədən həyata keçirilir. Nəticədə, ölkəmiz adambaşına düşən ÜDM və iqtisadi artım səviyyəsinə görə Gürcüstandan və Ermənistandan geri qalır.

Hər birimiz çox yaxşı bilirik ki, bir çox hökumət rəsmiləri və təhlükəsizlik işçiləri kölgə iqtisadiyyatından aktiv istifadə edərək böyük gəlirlər əldə edirlər. Demək olar ki, hazırda kölgə iqtisadiyyatı iqtisadi sistemin bir hissəsinə çevrilmiş vəziyyətdədir.

Vüsalə Əhmədova: “Biz bu orqanlardan hansı ədaləti, ya da mübarizəni gözləyə bilərik? Özləri öz əleyhlərinə hansısa qərar qəbul edəcəklər, ya hüquqi addım atacaqlar?”.

Kölgə iqtisadiyyatını bəsləyən bir-biri ilə əlaqəli bir neçə əsas amil var ki, onlardan başlıcası qanunların işləməməsidir. Ölkənin qanunları yalnız orta və aşağı təbəqə üçün işləyir desək yanılmarıq. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda aydın şəkildə göstərilir ki, vəzifəli şəxslər öz gəlirləri, əmlakları, kredit təşkilatlarındakı maliyyə vəsaitləri, təsərrüfat subyektlərindəki mülkiyyət payları barədə məlumatları mütəmadi vergi orqanlarına təqdim etməlidirlər. Hətta vəzifəli şəxslərin bir il ərzində ümumi məbləği 55 manatdan yuxarı olan hədiyyə qəbul etmələri qanuna zidd sayılır. Bütün korrupsiya ilə əlaqədar hüquqpozmalar qanunvericiliklə müəyyən edilmiş qaydada intizam, mülki-hüquqi, inzibati və ya cinayət məsuliyyətinə səbəb olur.

Gəlin baxaq korrupsiyaya qarşı mübarizəni həyata keçirən qurumlar hansılardır. Buraya, bütün dövlət və yerli özünüidarəetmə orqanları, vəzifəli şəxslər, hüquq mühafizə orqanları daxil edilib. Ən başlıcası, korrupsiyanın qarşısının alınmasında ixtisaslaşmış orqan sayılan Korrupsiyaya qarşı mübarizə Komissiyasıdır. Hansı ki, bu komissiyanın tərkibi icra, qanunvericilik və məhkəmə hakimiyyəti orqanları tərəfindən təyin edilən üzvlərdən ibarətdir.

Biz bu orqanlardan hansı ədaləti, ya da mübarizəni gözləyə bilərik? Özləri öz əleyhlərinə hansısa qərar qəbul edəcəklər, ya hüquqi addım atacaqlar?

Vəzifəli şəxslərin öz yaxın qohumları ilə birgə işləməsinə belə qanunvericilik yol vermir. Heç qanunun bu tələbinə əməl edən varmı?

Digər yandan, fərdi mənfəət vergisi, gəlir vergisi və ya dolayı vergilərin artması, ölkədə ümumən vergi ödəmə əxlaqının olmaması, nağd pul istifadəsinin çoxluğu, işsizlik səviyyəsinin yüksək olması, bir neçə böyük şirkətin bazarı inhisarına alması, ölkədə günəmuzd işləyənlərin sayının çoxluğu kölgə iqtisadiyyatının artmasına səbəb olan faktorlardır.

Vüsalə Əhmədova: “Vergi və sosial müdafiə sistemini heçə sayan yüksək çinli məmurlar barəsində ciddi tədbirlər görülməlidir”.

Azərbaycanda yüksək çinli məmurların iri müəssisələri, şadlıq evləri vergidən yayınırlar. Müəssisələr vergilərdən, sosial təminat ödənişlərindən və mürəkkəb sənədləşmə prosesindən qaçmaq üçün işçilərlə əmək müqaviləsi bağlamırlar. Beləcə, qeyri-qanuni işçi qüvvəsi cəlb etməklə həm zamanlarına, həm də pullarına qənaət etmiş olurlar. Bu üzdən də mövcud iqtisadi sistemdə təcili islahatların aparılması zəruridir.

Vergi və sosial müdafiə sistemini heçə sayan yüksək çinli məmurlar barəsində ciddi tədbirlər görülməlidir. Hüquqi və inzibati sistem inkişaf etdirilməli, yeni qanunlar qəbul edilməli, nəzarət strategiyaları formalaşdırılmalıdır.

Mütəmadi qeyd etdiyim kimi, ölkədə elektron ödəmələr sisteminin geniş tətbiqi əməliyyatlara şəffaflıq gətirən və kölgə isqtisadiyyatının işini çətinləşdirən ən mühüm amildir. Elektron ödəmələrin çoxluğu ilə kölgə iqtisadiyyatı arasında hər zaman mənfi korrelyasiya mövcuddur. Məsələn, elektron ödəmələrin çoxluq təşkil etdiyi Böyük Britaniya və Qərbi Avropa ölkələrində kölgə iqtisadiyyatı çox cüzidir.

Professor Schneider-in araşdırmasına görə, ardıcıl 4 il müddətində elektron ödəmələrin həcminin illik 10% artırılması kölgə iqtisadiyyatının həcmini 5% aşağı salır.

Kölgə iqtisadiyyatının vergi gəlirlərini azaltması və sosial müdafiə sisteminin maliyyələşməsini zəiflətməsi kimi mənfi makroiqtisadi təsirləri ilə yanaşı, şirkətlər arasında ədalətli rəqabəti aradan qaldıran mikroiqtisadi təsirləri də mövcuddur”.

Nərminə UMUDLU
pia.az


loading...