Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandan Rusiyaya keçmək istəyən Əlcəzair vətəndaşı saxlanılıb

Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfin­dən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi sahə­sində təd­birlər davam etdirilir...

DSX-dan verilən məlumata görə, dekabrın 14-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qo­şunlarının “Göytəpə” sərhəd dəstə­si­nin Biləsuvar rayonunun Yuxarı Ağalı kəndi ya­xın­lığındakı sərhəd zasta­va­sı­nın xidməti ərazisində sərhəd naryadı tə­rə­fin­dən 1 nəfər naməlum şəxsin Azərbaycan Respublikasından İran İslam Respublikası istiqa­mətində döv­lət sərhədini pozması müşahidə olunub­ və sərhəd naryadı tərəfindən “Dayan” əmri verilərək sər­həd pozu­cusu saxlanılıb. İlkin araşdırma zamanı saxlanılan şəxsin Cəlilabad rayon sakini, 1973-cü il təvəllüdlü İbrahimov Zahid Eldar olduğu məlum olub. Araşdırma zamanı Z.İbrahimovun 2018-ci ildə oğurluğa görə məhkum olunması və 2019-cu ilin iyun ayında vaxtından əvvəl şərti azadlığa buraxılması müəyyən edilib.

Dekabrın 17-də Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşun­larının “Xudat” sərhəd dəstəsinin Qusar rayonunun Samur qəsəbəsi ərazisində yerləşən sərhəd zastavasının xid­məti sahəsində Azərbaycan Respublikasından Rusiya Federasıyası istiqa­mətində dövlət sərhədinin pozulması aşkar olunub, sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, xid­məti əra­zi tam qapadıl­ıb. Görülmüş tədbirlər nəticəsində Qusar rayonunun Samur çay yatağında Əlcəzair Respublikasının vətəndaşı, 1987-ci il təvəllüdlü Lahlah Djamal sərhəd pozucusu qismində sax­lanılıb.

Hər iki fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar