Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycandan həccə gedən Abdulla Kəbənin ətrafında pul qabı tapdı

Azərbaycandan həcc ziyarətinə gedən zəvvarlardan biri Kəbənin ətrafında dolanma ibadətini yerinə yetirərkən pul qabıtapıb

Zəvvar dərhal pul kisəsini açıb və içərisində tapdığı mobil telefon nömrəsinə zəng vurmağa başlayıb. Pul qabının içində avro və Səudiyyə rialı ilə nəğd pul, bir neçə kredit kartı olub.

Abdulla adlı azərbaycanlı zəvvar mobil telefon nömrəsinin Fransa mobil operatorlarından birinə aid olduğunu görüb və ona dəfələrlə zəng vursa da nömrə bağlı olub. Sonra o, pul qabında tapdığı stasionar telefon nömrəsinə zəng vurub, telefonun dəstəyini götürən şəxs pul qabını itirən zəvvar ibn Zaruqun qohumu olduğunu bildirib.

Qohumu zəvvarın üçüncü ölkədə olan arvadının telefon nömrəsini ona verib. Abdulla həmin nömrəyə zəng vurub, bildirib ki, ərinə itirdiyi pul qabının Azərbaycandan olan zəvvartərəfindən tapıldığını çatdırsın. Pul qabını itirən zəvvarın arvadı isə Həcc ziyarətində əri ilə birlikdə olan dostunun adını deyib.

Abdulla dərhal avropalı, amerikalı və türkiyəli zəvvarlar üçün tavaf ibadətini –Kəbənin ətrafına dövrə vurmağı təşkil edən təsisatla əlaqə saxlayıb, onlardan fransalı zəvvarı tapmaqda kömək istəyib. Həmin struktur öz məlumat bazasından ibn Zaruqun barəsində məlumatları tapıb, onun qaldığı otellə əlaqə saxlayıb və fransalı zəvvardan pul qabını gedib götürmək xahiş olunub.

Fransalı zəvvar pul qabının tapılıb ona qaytarılacağına heç vaxt inanmırdı, xüsusən də pul qabı ziyarətin ilk günlərində Kəbənin ətrafında itirilmişdisə.

Abdulla deyib ki, o ilk dəfə 1974-cü ildə həccə gedəndə öz pul qabını itirmişdi və onu təhlükəsizlik qüvvələrinin əməkdaşları tapıb qaytarmışdı. “Mən indi 44 il sonra öz borcumdan çıxdım”-o deyib.

Fransalı zəvvar isə deyib ki, içərisində mühüm sənədləri olan pul qabını itirdiyinə görə çətin vəziyyətə düşmüşdü və Allaha pul qabının tapılması üçün dua edirdi.(virtualaz.org)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - Foto    

Ən çox oxunanalar