Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda yeni dərs ili nə vaxt başlayacaq?

Nazirlik rəsmisi danışdı...

Xəbər verdiyimiz kimi iyulun 5-də 523 nəfər koronavirusa yoluxub, 451-i isə sağalaraq evə buraxılıb. Son iki gündə yoluxanların sayında azalma müşahidə olunur. Rusiyada dərslər sentyabrın 1-də, Türkiyədə avqustun 31-dən başlayacaq. Son iki gündə yoluxanların sayında müşahidə olunan azalma dinamikası davam etsə, Azərbaycanda dərslər sentyabrın 1-də başlaya bilərmi?

PİA.az xəbər verir ki, məsələ ilə əlaqədar Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, bununla bağlı qərarı Operativ Qərargah verəcək.

Deputat Ceyhun Məmmədov qeyd edib ki, məlum olduğu kimi heç bir ölkə belə bir vəziyyətin yaranacağını proqnozlaşdırmırdı. "Anidən belə bir vəziyyətin yaranması təhsil sistemində ciddi çətinliklər yaratdı. Bir sıra ölkələr onlayn təhsillə bağlı müəyyən addımlar atsalar da ümumilikdə prosesı tam hazır deyildilər. Sizin də qeyd etdiyiniz kimi, bu məsələ ilə bağlı ayrı-ayrı ölkələr müxtəlif qərarlar qəbul ediblər. Məsələn, Türkiyədə artıq dərslərin avqustun 31-dən başlanılması ilə bağlı qərar qəbul olunub. Əsas məqsəd təhsilin yüksək səviyyədə davam etdirilməsi və bu istiqamətdə fasilənin yaranmasına imkan verilməməsidir.

Azərbaycan hökuməti də ilk gündən pandemiyanın təhsil sisteminə mənfi təsirlərinin aradan qaldırılması istiqamətində tədbirlərə başladı. Tədrisin "Microsoft teams", "Zoom" və digər proqramlar vasitəsilə davam etdirilməsinə çalışdı. Ümumilikdə tədris ili normal başa vuruldu. Təbii ki, müəyyən çətinliklər də oldu. Azərbaycanda tədris ilinin nə zaman başlayacağı ilə bağlı indidən nəsə demək çətindir. Bu gün qarşıda duran əsas vəzifə virusa yoluxanların sayının azalmasıdır. Bu gün əsas güc bu istiqamətə verilib. Vəziyyətin təhlili göstərir ki, hələ də vəziyyət stabilləşmir. Ənənəvi qaydada tədrisə başlamaq üçün vəziyyət tam dəyişməlidir. Əgər vəziyyət düzəlsə tədris ənənəvi qaydada davam etdiriləcək. Əgər düzəlməsə, virusa yoluxanların sayı artsa tədris onlayn qaydada davam edə bilər. İnsanların sağlamlığı, milli təhlükəsizliyin təmin olunması hər şeydən öncə gəlir. Buradan bir daha vətəndaşlara müraciət edirik ki, özlərini və yaxınlarını qorusunlar". (Sonxeber.az)

pia.az


Etiket: Dərs ili


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar