Cümə, 16 Aprel 2021
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki
En

Azərbaycanda yaşayan bütün millətlər eyni hüquqlara malikdirlər

İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı tarixi Zəfər, bölgədə bu gün yaşanan reallıqlar beynəlxalq ictimaiyyət üçün böyük maraq doğurur. Ölkə başçısı İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında 35-dən artıq media orqanının ünvanladığı 50-yə yaxın sualın mahiyyətinə diqqət yetirərkən bunu aydın şəkildə gördük. Bu gün Azərbaycan bölgədə yeni reallıq yaradıb. Bununla da ilk növbədə bəzi beynəlxalq təşkilatların və dövlətlərin Ermənistanın işğal siyasətinə dəstək verən mövqelərinə tutarlı zərbə vurulmuşdur. Azərbaycan göstərdi ki, torpaqlarının işğal altında qalması ilə heç vaxt razılaşa bilməz. Danışıqlarda imitasiya edən, zamanı uzatmaqla işğala daha güclü beynəlxalq dəstək almaq istəyən Emənistan güc yolu ilə Azərbaycan torpaqlarından qovuldu.

Noyabrın 10-da imzalanmış üçtərəfli bəyanat Ermənistanın kapitulyasiyasının hüquqi-siyasi təsdiqi və bölgədə yaranmış yeni reallığın təcəssümüdür. Bu sənəd həm də bölgədəki sülhün və təhlükəsizliyin zəmanətidir. Bu sənədə imza atmaqla Ermənistan bir dövlət olaraq öz üzərinə öhdəliklər götürüb. Hakimiyyətdə hansı siyasi qüvvənin olmasına baxmayaraq, Ermənistan bu öhdəlikləri yerinə yetirmək məcburiyyətindədir.

Ermənistanda aylardır ki, mitinqlər keçirən müxalifət və keçmiş hərbi xunta tərəfdarları həm hakimiyyətə, həm də üçtərəfli bəyanatlara qarşı çıxırlar. Lakin bu sənədə qarşı çıxmaq Ermənistana ağır başa gələ bilər. Prezident İlham Əliyev mətbuat konfansında bəyanata qarşı çıxmaq istəyənlərə də xəbərdarlıq etdi. “Noyabrın 10-da imzalanmış bəyanat icra edilir və tam icra edilməlidir. O bəyanatın müddəalarının böyük hissəsi artıq icra edilibdir. Ümid edirəm ki, Ermənistanda yaranmış vəziyyətə baxmayaraq, noyabrın 10-da imzalanmış bəyanat icra ediləcəkdir. Əks-təqdirdə Ermənistan daha da ağır duruma düşəcək. Yəni Ermənistan qarşısında seçim o qədər də böyük deyil. Onlar yeni reallıqlarla barışmalıdırlar, hesablaşmalıdırlar”.



İkinci Qarabağ müharibəsi regionun gələcək inkişafı üçün nadir imkanlar yaradıb. Mətbuat konfransında dövlətimizin başçısı qeyd etmişdir ki, regionun gələcək inkişafı, inteqrasiya layihələrinin icrası ilə bağlı bizim aramızda fikir ayrılığı yoxdur: «Postmüharibə dövrü doğrudan da yeni imkanlar açır, əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin yaradılması üçün çox nadir imkanlar yaradır. Biz əgər təkcə Zəngəzur dəhlizinə fikir versək görərik ki, bu, yalnız Rusiya, Azərbaycan, Türkiyə, İran, Ermənistanın maraqlarına cavab vermir, bu, qonşu ölkələrin maraqlarına da cavab verir. Yəni, Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Əgər bu müsbət meyillər üstünlük təşkil edərsə, əlbəttə ki, icra edilən hər bir layihə özündən sonra digər layihəni də gətirib çıxaracaq.»

Artıq bundan sonra hər iki xalq sülh şəraitində yaşamalıdırlar. Bu gün Azərbaycanda minlərlə erməni yaşatır, onların bütün hüquqları qorunur. Ermənilər uzun illlər ərzində Azərbaycanlılarla birgə əmin-amanlıq şəraitində yaşayıblar. Başqa dövlətlərin ərazilərində də birgəyayayış vardır. Gürcüstanı misal çəksək orada azərbaycanlılar və ermənilər bir kənddə yaşayırlar. Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayırlar. Azərbaycanda heç vaxt dini, milli zəmində hər hansı qarşıdurma, anlaşılmazlıq olmamışdır. Ölkəmizdəki bütün millətlər eyni hüquqlara malikdirlər. Qarabağda yaşayan ermənilər də Azərbaycan vətəndaşlarıdır və onların bütün hüquqlarının qorunmasına dövlətimiz təminat verir.

Bu gün Azərbaycanın bölgədə yaratdığı reallıqlarla həm Ermənistan, həm də digər dövlətlər barışmalı, hesablaşmalıdırlar. Prezident İlham Əliyev mətbuat konfransında bu məqamı da xüsusi qeyd etdi ki, bizim üçün yeni dövr başlayır və postmüharibə dövrü bir çox ölkələr üçün də çətin dövr olub. İkinci Qarabağ müharibəsində dəmir yumruq kimi birliyimiz postmüharibə dövrünün prioritetlərinin gerçəkləşməsi üçün daha da möhkəmlənib. Birliyimiz isə Azərbaycanın gələcəkdə daha da inkişaf etməsinə səbəb olacaqdır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Baş tutmayan çevriliş cəhdi və qələbəni gözdən salmaq planları

Azərbaycanda 2 qadın kişinin əl-ayağını bağlayıb, təcavüz etdi - Video

Ərdoğanın Putinə məşhur məktubu Abbas Abbasovun mətbəxində qələmə alınıb?..

Dilqəmlə Şahbaz arasında nə baş verib? - “Ona iki sillə vurdum, çünki...”

Laçının rusların nəzarətində olan kəndləri - Siyahı

Gülü əsəbləşdi: "Ev də mənimdir, maşın da !"

“Nəbinin heç bir xəstəliyi yox idi, müalicəsi gec başladı”

Lukaşenkonun Bakıya qəfil səfərinin pərdəarxası

Bərdədə azyaşlı uşağın cinsiyyət orqanına xəsarət yetirən qadına cinayət işi açıldı - Yenilənib

Ən çox oxunanalar