Çərşənbə axşamı, 17 Sentyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

“Azərbaycanda vəziyyət ildən-ilə pisləşir” – Arif Hacılı

ABŞ-da səfərdə olan Müsavat başqanı Arif Hacılı Amerikanın Səsinin Amerika İcmalı proqramında müsaihibəsində Vaşinqtonda keçirdiyi görüşlər, Azərbaycanda demokratiya və insan haqlarının durumu və ABŞ-Azərbaycan münasibətlərindən danışıb

Arif Hacılı ABŞ-a səfər çərçivəsində Dövlət Departamentinin rəsmiləri ilə görüşlər keçirdiyini bildirib. Müsavat başqanının sözlərinə görə, bu görüşlərdə müzakirə edilən əsas məsələlər insan haqlarının durumu, Azərbaycanda siyasi məhbus probleminin həlli olmaması ilə bağlı olub.

“Bilirsiniz ki, Azərbaycanda 100-ə yaxın siyasi məhbus var. Mən bu məsələni ilk növbədə bütün görüşlərimdə qaldırdım. Eyni zamanda, Azərbaycanda bir sıra fundamental hüquq və azadlıqlar tapdalanır. Azərbaycanda söz və ifadə azadlığın təhdid edilir.

Azərbaycanda sərbəst toplaşmaq azadlığı verilmir. Bilirsiniz ki, müxalifətin keçirdiyi 19 yanvar mitinqindən sonra bir dəfə də olsun kütləvi aksiyanın keçirilməsinə icazə verilməyib.

Ancaq bu müddət ərzində Müsavat partiyası da, Milli Şura da, başqa təşkilatlar da mitinqlərin keçirilməsi, hətta əvvəllər mitinqlərin keçirildiyi “Məhsul” stadionunda mitinqlərin keçirilməsi ilə əlaqədar müraciət ediblər. Bu müraciətlər cavabsız qalıb. Yəni Azərbaycanda yerli özünü-idarəetmə sisteminin mövcud olmaması, demokratik seçkilər keçirmək üçün müvafiq qanun bazasının olmaması, bərabərhüquqlu rəqabət şəratinin olmaması və digər məsələlər müzakirələrimizin əsas mövzusu oldu.”

Arif Hacılının bildirdiyinə görə, Birləşmiş Ştatların keçmiş rəsmi nümayəndələri ilə görüşlər zamanı onlar ABŞ-ın xarici enerji mənbələrinə ehtiyacının azalmasının son illər Azərbaycanla münasibətlərə öz təsirini göstərdiyini deyiblər.

“Təbii ki, burada Azərbaycanın özünün də xarici siyasətində olan qeyri-stabilliyin mühüm rolu var, əhəmiyyəti var...Bir tərəfdən Azərbaycanda avtoritar rejimin mövcudluğu, digər tərəfdən enerji daçıyıcılarının Amerika Birləşmiş Ştatları üçün indi əvvəlki qədər əhəmiyyətli olmaması bu münasibətlərə təsir göstərir.”

Arif Hacılı müxalifət qüvvələrinin Azərbaycanda siyasi proseslərin demokratiyanın inkişafı istiqamətində getməməsi ilə bağlı narahatlıqlarını ifadə edib.

“Ölkədə demokratiyanın vəziyyəti ildən-ilə yaxşılaşmır, ildən-ilə pisləşir. Bu istər söz və ifadə azadlığına aiddir, istər siyasi partiyaların fəaliyyət imkanlarına aiddir, istər vətəndaş cəmiyyətinin fəaliyyət imkanlarına aiddir.

Məsələn, yaxın illərdə Azərbaycanda vətəndaş cəmiyyətinin sərbəst surətdə fəaliyyət göstərmək imkanları var idi. Beynəlxalq təşkilatlarla əlaqə saxlamaq, qrant almaq və bu yolla fəaliyyət göstərmək imkanları var idi. Bu imkanlar məhdudlaşdırılıb. Yaxın keçmişdə Azərbaycanda çoxlu sayda müxalifət qəzetləri var idi. Hal-hazırda isə bütövlükdə mətbuat, qəzet növü bir mədəniyyət növü kimi sıradan çıxarılıb. Ölkədə kütləvi aksiyaların keçirilməsi üçün əvvəllər daha yaxşı meydanlarda imkan verilirdi. Seçki kampaniyasında seçkilərin nəticələri saxtalaşdırılsa da, seçki prosesinin özünün gedişində müəyyən bir proses var idi. İctimai diskussiyalar var idi, televiziya debatları var idi. Az da olsa, məhdud da olsa, qeyri-bərabər də olsa, müəyyən belə bir şərait yaradılırdı, ancaq bütün bu imkanlar aradan qalxıb.”

Arif Hacılı demokratiya və insan haqları məsələlərinin ABŞ-ın xarici siyasətində proiritet məsələlər olduğunu deyib. Müsavat başqanı bildirib ki, Birləşmiş Ştatların Azərbaycan hakimiyyətinə təsir göstərmək üçün kifayət qədər ciddi rıçaqları var. Onun sözlərinə görə, müxalif qüvvələr bu rıçaqlardan kifayət qədər güclü şəkildə istifadə edilmədiyini hesab edir.(yeni sabah)

pia.az

Etiket: Arif Hacılı

Şərh yazın.

loading...