Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda valideynlərə uşağı döymək qadağan edilməlidir? - Ekspertlərin rəyi

Bu yaxınlarda Fransa parlamenti uşaqların valideynləri tərəfindən fiziki yolla cəzalandırılmasını qadağan edən “Etimad məktəbi haqqında” qanunu qəbul edib

Qanunvericilik sənədinin müəllifləri hesab edirlər ki, döyülən və alçaldılan uşaqlar özlərini lazımi səviyyədə qiymətləndirə bilmir, antisosial yönümlü davranışlara meyilli olur və digər mənfi hallarla üzləşirlər.

Bəs, görəsən, Azərbaycanda da oxşar qanunun qəbul edilməsinə ehtiyac varmı?

Uşaqların fiziki yolla cəzalandırılmasını qadağan edən qanunun Azərbaycanda qəbul edilməsi üçün əhalinin müxtəlif təbəqələri arasında ciddi maarifləndirici işlər aparmaq lazımdır.

PİA.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib.

Onun sözlərinə görə, Azərbaycanda “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun qüvvədədir, lakin uşaqların fiziki cəzalandırılmasını qadağan edən ayrıca qanun mövcud deyil:

“Hesab edirəm ki, Fransada çox düzgün addım atıblar. Lakin fikrimcə, cəmiyyətimiz belə qanunvericilik aktının müddəalarına hələ uyğunlaşmayıb. Axı şillə, qapaz bizdə tətbiq edilən tərbiyə formalarıdır”.

M.Zeynalova qeyd edib ki, bir çox gənc ailələrdə hazırda uşaqların cismani cəzalandırılması tam istisna edilir:

“Zənnimcə, uşaqları döyməyə görə cinayət məsuliyyətinin tətbiqi cəmiyyətimizə yalnız fayda verə bilər”.

Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, tanınmış hüquq müdafiəçisi Səidə Qocamanlı da Oxu.Az-a açıqlamasında bildirib ki, ölkədə sözügedən qanunun qəbul edilməsini zəruri hesab edir.

Hər bir uşağın ölkənin gələcəyi olduğunu deyən S. Qocamanlı qeyd edib ki, uşaq düzgün tərbiyə edilməli olan şəxsiyyətdir:

“O, uşaqlıqdan bilməlidir ki, dövlət onun hüquqlarını qoruyur”.

Hüquq müdafiəçisi əmin olduğunu bildirib ki, Azərbaycanda da uşaqlar üzərində zorakılığı qadağan edən ayrıca qanun qəbul ediləcək:

“Bu, evdə və cəmiyyətdə uşaqlar üzərində istənilən zorakılıq formalarının qarşısını almağa imkan verəcək. Belə qanunun qəbul edilməsi ilə valideynlər, tərbiyəçilər, pedaqoqlar özlərinə daha ciddi yanaşacaqlar və tamamilə anlayacaqlar ki, uşaqları daim qorxu vəziyyətində saxlamaq əvəzinə, özünə, böyüyə, cəmiyyətə, ölkəsinə hörmət mühitində böyütmək və tərbiyə etmək lazımdır”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə isə Oxu.Az-a açıqlamasında uşaqlarla kobud rəftara görə cəzanı nəzərdə tutan yeni qanunun gələcəkdə qəbulu imkanını istisna etmədiyini vurğulayıb.

Onun sözlərinə görə, uşaqlar üzərində fiziki zorakılığı qadağan edən ayrıca qanun layihəsi hazırlanarsa, ona parlamentdə baxılacaq:

“Lakin hazırda Azərbaycanda uşaqlarla kobud rəftara, o cümlədən onlara əl qaldırmağa görə daha əvvəl qəbul edilmiş “Məişət zorakılığının aradan qaldırılması haqqında” qanun inzibati cəza tədbirlərini nəzərdə tutur. Valideynlər uşaqlarını dilənçiliyə, avaraçılığa məcbur edirlərsə, onlara qarşı daha sərt cəza tədbirləri tətbiq edilir”.

Deputat qeyd edib ki, uşaqlarla daha sərt davranış halları zamanı məhkəmə valideynləri uşaqlar üzərindəki hüquqlarından məhrum edir, hətta cinayət işi qaldıra bilər:

“Bu yaxınlarda Gəncədə belə bir hal baş vermişdi. Belə ki, Gəncədə 14 yaşlı oğlunu döyən ata həbs edilib və cinayət məsuliyyətinə cəlb olunub”. (oxu.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar