Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda turizm sahəsində daha bir təhsil ocağı yaradıla bilər

Azərbaycan Dövlət Turizm Agentliyi ölkədə yeni turizm peşə məktəbinin yaradılması yollarını araşdırır...

Bunu “APA-Economics”ə Agentliyinin mətbuat katibi Kənan Quluzadə deyib.

Onun sözlərinə görə, bu peşə məktəbinin nəzdində hotel və restoran fəaliyyət göstərəcək ki, məhz orda tələbələr xidmət sahələri üzrə qısa müddətli kurslar keçməklə birbaşa təcrübə toplaya bilsinlər.

“Bu məktəb daha çox turistlərə birbaşa xidmət edən sənət yiyələrinə aiddir. Burada söhbət top menecmentdən deyil, hotel işçiləri, ofisiant və digər peşə üzrə kadrlardan gedir ki, məhz onlara bu gün olduqca böyük ehtiyac var. Bu xidmət növlərinə yiyələnmək üçün uzunmüddətli təhsilin alması mütləq deyil. İnsanlar bu peşələrə intensiv kurs keçərək yiyələnə bilərlər”, - deyə K. Quluzadə qeyd edib.

Agentliyinin mətbuat katibi əlavə edib ki, hazırda turizm peşə məktəbinin yaradılması biznes tərəfdən çox ciddi qaldırılır və iş adamları belə bir ideyanın həyata keçirilməsi üçün lazımı sərmayələrin yatırılmasına, treninq və kursların təşkil edilməsinə maraq göstərirlər.

“Qeyd edim ki, hazırda Agentliyin tabeliyində üç təhsil ocağı fəaliyyət göstərir. Bunlar Azərbaycan Turizm və Menecment Universiteti, Bakı Peşə Məktəbi və Mingəçevir Turizm Kollecidir. Ötən il ərzində bu təhsil ocaqlarında Agentlik tərəfindən ciddi islahatlar aparılıb. Məqsədimiz ondan ibarətdir ki, müəllim və şagird arasında olan münasibətlər tam şəffaf olsun və əldə olunan diplomun arxasında mütləq şəkildə bilik dursun. Apardığımız islahatlardan sonra növbəti addımları düşünürük ki, məhz qeyd olunan peşə məktəbinin yaradılması bu növbəti addımlar sırasındadır”, - deyə K. Quluzadə qeyd edib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar