Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda tanınmış şəxslərə BMT adından saxta mükafatlar verilir – Foto

Azərbaycanda tanınmış şəxslərə Birləşmiş Millətlər Təşkilatı (BMT) adından saxta mükafatlar verilir.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı BMT-nin Azərbaycandakı nümayəndəliyinin əməkdaşı Rəşad Hüseynov sosial şəbəkə hesabından paylaşıb.

Rəşad Hüseynov yazır ki, BMT-nin UNCOPA adlı qurumu və ya agentliyi yoxdur:

Azərbaycan vətəndaşlarına müxtəlif adda mükafatlar verən bu təşkilatın Cenevrədə yerləşdiyi yazılır. Lakin internetdən onun statusu (QHT? Özəl şirkət?) və digər fəaliyyətləri haqqında məlumat tapa bilmədim. Təşkilatın vebsaytı belə yoxdur.

Əlbəttə, bir təşkilat istədiyi adama və ya quruma mükafat verə bilər. Sadəcə bilməyinizi istəyirəm ki, UNCOPA-nın verdiyi mükafatların BMT ilə yaxından-uzaqdan əlaqəsi yoxdur.

Təəssüf ki, bu hal birinci dəfə baş vermir. Bundan öncə də UNCOPA-dan mükafat almış bəzi dövlət, elm və mədəniyyət təmsilçiləri bunu BMT-nin verdiyini bəyan edib.

Məsələn:

Professor Eldar Quliyev: https://ikisahil.az/…/238680-eldar-quliyev-uncopa-nin…

SOCAR-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə: https://science.gov.az/ru/news/open/9520

Aktrisa Suğra Bağırzadə: https://www.azernews.az/culture/187959.html

Böyük ehtimalla onlar UNCOPA-nın mükafatını BMT-nin Dövlət Xidmətləri Mükafatı (UN Public Service Awards) ilə səhv salıblar.

Qeyd edim ki, Azərbaycanda BMT-nin Dövlət Xidmətləri Mükafatına yalnız ASAN Xidmət layiq görülüb.
Bu da sonuncusu: https://haqqin.az/news/232372”

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar