Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda soyadlara məcburi dəyişiklik edilməlidir - Video

Azərbaycanda soyadların milli formaya keçilməsi məsələsi illərdir ki, müzakirə olunur...

Soyadlarımızın imperiya əsarətindən xilas olması məqsədilə bir sıra addımlar atılsa da, “-ov”, “-yev” sonluqlarından xilas olanların sayı xeyli azdır. Statistikaya görə, bu günə kimi azərbaycanlıların 80%-ə qədəri "-ov", "-yev" soyad sonluqlarını daşımaqdadır. Bəs bu problemin həll oluna bilməməsinin əsas səbəbi nədir?

Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.

Rauf Arifoğlu – Jurnalist: “Əsas məsələ və problem ondan ibarətdir ki, dövlət bu məsələyə bir az liberal yanaşdı və məcburiyyət qoymadı, hər kəsi öz ümidinə buraxdı. Bunun da nəticəsi ondan ibarətdir ki, yalnız çox cüzi, çox az bir hissə bu adlardan imtina edib”.

Milli Məclisin deputatı Fazil Mustafa düşünür ki, bu məsələdə məcburiyyət olmamalıdır.

Fazil MustafaMilli Məclisin deputatı: “İnsanlara şans verilməlidir ki, onlar özləri könüllü şəkildə bu soyada keçsinlər. Məcburi qaydada keçmək olar, amma məcburi qaydada bir çox insan dəyişimi hələ ki həzm etmək istəmir, ya da məqsədəuyğun saymırlar, nəsildən nəslə ötürülən soyadı qorumağa daha çox üstünlük verirlər”.

Lakin bu iddia ilə həmfikir olmayanlar da var:

Rauf Arifoğlu – Jurnalist: “Nə qədər gec olsa da, yenə olmalıdır, bu proses baş verməlidir, Azərbaycanı əhatə etməlidir. Azərbaycan parlamenti bununla bağlı bir qanun qəbul etməlidir, soyadlar məcburi olaraq milliləşdirilməlidir. Bu, hər bir millət üçün bir identifikasiya kodudur, bu, mütləq lazımdır”.

Soyad məsələsində digər fikir ayrılığı yaranan məsələ milli sonluqlarla bağlıdır. "-li", "-lu", "-soy", "-zadə" kimi sonluqlar təklif edilir. Lakin Türkiyədə olduğu kimi sonluqsuz soyadlara üstünlük verənlər də çoxalmaqdadır.

Fazil MustafaMilli Məclisin deputatı: “Mən prinsip olaraq öz soyadımda olduğu kimi heç bir şəkilçisiz soyadın qəbul olunmasına üstünlük vermişəm. Hər bir halda könül istərdi ki, hamı dəyişsin və milli soyadımız olsun, amma bunu tədricən etmək və insanların öz iradəsinə buraxmaq, məncə, daha doğrudur”.

Artıq bəzi postsovet ölkələri “-ov”, “-yev” sonluğundan imtina edib. Son olaraq isə Tacikistan oxşar addımı atıb. Ölkə rəsmiləri ruslardan qalma bu ənənəyə son vermək qərarına gəlib.

Rauf Arifoğlu – Jurnalist: “Bu adın dəyişməsi əslində kompleks sənədlərin dəyişməsinə gətirib çıxarmalıdır. Əgər vətəndaşın vizası varsa, o vizaların da ləğvinə gətirib çıxarır, çünki sənəd dəyişir”.

Qeyd edək ki, ötən il ərzində soyad sonluğunun dəyişdirilməsi üçün qeydiyyat orqanlarına 2308 müraciət daxil olub və onların hamısı təmin edilib.

pia.az

 


Etiket: ARB


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar