Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda şəkərli diabet xəstəsi olan uşaqların sayı açıqlandı

Azərbaycanda 255 mindən çox şəkərli diabet xəstəsi var ki, onlardan 1800 nəfəri uşaqlardır...

Bu sözləri Azərbaycan Diabet Liqasının sədri Yeganə Soltanova 14 noyabr Ümumdünya Diabet Gününə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, ölkə üzrə statistik göstəricilər digər ölkələrlə müqayisədə çox deyil:

“Hər il Endokrinoloji Mərkəzə şəkərli diabetlə bağlı 25 minə yaxın şəxs ilkin müraciət edir. Ümumiyyətlə, Azərbaycanda 255 mindən çox insan şəkərli diabet xəstəliyi ilə qeydiyyatdadır.

Onlardan 1800 nəfərini uşaqlar və yeniyetmələr təşkil edir. Bu xəstəlik müalicəyə cavab verir. Düzgün qidalanma və fiziki aktiv həyat tərzi keçirməklə normal həyata davam etmək olar. Qida rasionuna diqqət edən insanların 70 faizində bu xəstəlik heç bir fəsadlaşma vermir”.

Y.Soltanova şəkərli diabet xəstələrini ən çox narahat edən dərman məsələsinə də toxunub. O bildirib ki, rəsmi olaraq qeydiyyatda olan diabet xəstələrinə dərman preparatları dövlət tərəfindən verilir:

“Dövlətin şəkərli diabet xəstələrinə qayğısı 2005-ci ildən tətbiq edilən “Şəkərli Diabet Xəstələrinə Dövlət Qayğısı” proqramı ilə tənzimlənir. Diabet xəstələri İtaliyadan, Türkiyədən gətirilən yüksək keyfiyyətli insulin və həblərlə təmin edilirlər.

Bilirsiniz, dərmanların gecikməsi ilə bağlı müraciətlər olur. Amma əmin olun ki, resurs var. Sadəcə olaraq, araşdıranda görürük ki, dərmanların paylanma prosesində bir balaca gecikmələr ola bilir. Fikrimcə, bunun da həll olunması çətin məsələ deyil”.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar