Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda Səhiyyə Nazirliyi ləğv olunacaqmı? – Açıqlama

Səhiyyə Nazirliyi dövlətin səhiyyə siyasətini həyata keçirən orqan kimi fəaliyyətinə davam edəcək

2020-ci ildən etibarən bir çox səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq TƏBİB-ə verildiyi üçün nazirlik artıq səhiyyə qanunvericiliyinin tətbiqi qaydaları, beynəlxalq əməkdaşlıq, təlimatlar, instruksiyalar, xəstə-tibb işçisi arasında münasibətlər və bu kimi digər funksiyaları həyata keçirəcək.
Bu sözləri xəstəxana və poliklinikaların Səhiyyə Nazirliyindən alınmasından sonra bu qurumun görəcəyi işlər barədə danışan millət vəkili Məlahət İbrahimqızı deyib.

O bildirib ki, İcbari Tibbi Sığorta (İTS) pilot layihə kimi uğurlu nəticə verib:

“İTS vətəndaşlara istər profilaktika nöqteyi-nəzərdən, istərsə də müalicə nöqteyi-nəzərdən xidmət edən qurumdur. Prezidentin bu istiqamətdə imzaladığı sərəncamda da bütün bunlar öz əksini tapıb. Buna görə də 2020-ci ildən başlayaraq, Azərbaycan əhalisinə səhiyyə xidməti İcbari Tibbi Sığorta vasitəsiylə həyata keçiriləcək.

Səhiyyə Nazirliyi isə dövlətin səhiyyə siyasətini həyata keçirən orqan kimi fəaliyyətinə davam edəcək. Onun balansında olan bir sıra müəssisələr var ki, onlar TƏBİB-ə tabe edilməyəcək. Məsələn, Azərbaycan Tibb Universiteti və digər bu kimi digər müəssisələr. İcbari Tibbi Sığorta Agentliyi profilaktika və müalicə sahəsində icraçı qurumdur. Amma bu profilaktika qaydalarının, müalicə protokollarının həyata keçirilməsi və nəzarəti Səhiyyə Nazirliyinin funksiyalarına aiddir. Səhiyyə Nazirliyi gələcəkdə İcbari Tibbi Sığortanın keyfiyyətini müəyyənləşdirəcək”.

Qeyd edək ki, bir müddət əvvəl Baş nazir Novruz Məmmədov səhiyyə müəssisələrinin Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılaraq, TƏBİB-in tabeliyinə keçirilməsi haqqında qərar imzalayıb.(Axar.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar