Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda Rusiyalı həmvətənlərin ictimai təşkilatlarını Əlaqələndirmə Şurasından Prezidentə müraciət

Azərbaycanda Rusiyalı həmvətənlərin ictimai təşkilatlarını Əlaqələndirmə Şurası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıb.

PİA.az-ın məlumatına görə, müraciətdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Azərbaycan torpaqlarının işğaldan azad edilməsi barədə Azərbaycandakı bütün xalqların arzusu gerçəkləşdi və ümidləri doğruldu. Düşmən məğlub edildi! Şanlı Azərbaycan Ordusu xalqımızın haqlı, obyektiv və güclü olduğunu döyüş meydanında sübut etdi.

Azərbaycanda Rusiyalı həmvətənlərin ictimai təşkilatlarını Əlaqələndirmə Şurasında birləşmiş ruslar, tatarlar, ləzgilər, avarlar, kazaklar azərbaycanlı gənclərlə çiyin-çiyinə bu Qələbəyə doğru getdilər, Vətən uğrunda canlarını belə əsirgəmədilər.

Ermənistanın beynəlxalq hüquq normalarına riayət edilməsi məsələlərində pozucu mövqeyi, mülki obyektləri və dinc əhalini ölümsaçan, dağıdıcı raketlərlə atəşə tutması bizi hiddətləndirməyə bilməzdi.

Məlumdur ki, erməni xalqı bütün səylərini gənclərin beynini zəhərləməyə, onlarda qonşulara nifrət hissi, “böyük Ermənistan” barədə sərsəm ideyalar aşılamağa yönəldən şovinist və mürtəce hakimiyyət qurumlarının ifrat millətçi təbliğatına məruz qalıb.

Hörmətli İlham Heydər oğlu, Siz Azərbaycan xalqının möhtərəm ümummilli lideri, öz xalqını, Vətənini ürəkdən sevən, onun firavanlığı üçün çox işlər görmüş Heydər Əliyevin layiqli davamçısısınız.

Bu gün Siz Heydər Əliyevin “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam!” kəlamını əsl vətənpərvər, döyüşçü, millətin Lideri, öz ölkəsinin vətəndaşı kimi qürur hissi ilə təkrar edə bilərsiniz.

Xalqımız üçün taleyüklü bir anda Siz onu vahid yumruq şəklində sıx birləşdirməyə nail oldunuz. Bu çətin dövrdə xanımınız, silahdaşınız, məsləkdaşınız, Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyeva hər an Sizin yanınızdadır, Sizi və Azərbaycan xalqını dəstəkləyir, ölkənin xoşbəxt gələcəyinə ümid yaradır.

Hörmətli İlham Heydər oğlu, Sizin uzaqgörənliyiniz, diplomatik bacarığınız, Vətənin çoxsaylı gənc müdafiəçilərinin həyatını xilas etmək arzunuz qan tökülməsinə son qoydu, döyüş əməliyyatları dayandırıldı.

Lakin düşmən intriqalar və təxribatlar, yalan və saxtakarlıqlar sahəsində təcrübəli və məkrlidir.

Dünya birliyinin erməni faşizminin mahiyyətini başa düşməsi üçün Sizin necə titanik səy göstərdiyinizin şahidiyik. İnformasiya blokadası yarılıb. Azərbaycanın nə uğrunda döyüşdüyünü başa düşən, Azərbaycan xalqının çoxillik əzab-əziyyətləri barədə bütün həqiqəti anlayan siyasi və dövlət xadimlərinin sayı getdikcə artmaqdadır. Biz inanırıq ki, Ermənistanın gerçəklikdən uzaq illüziyaları içində tək-tənha qalacağı gün uzaq deyil.

Bu gün biz dinc quruculuq mərhələsinə keçirik. İnanırıq ki, çoxmillətli Azərbaycanın hər bir sakini ölkəmizin talan olunmuş, dağıdılmış, boş qalmış, amma işğaldan azad edilmiş ərazilərinin bərpasına və inkişafına öz töhfəsini verə bilər və verəcək.

Rusiyalı həmvətənlərin ictimai təşkilatları Vətənimiz Azərbaycanın firavanlaşması üçün zəruri olan hər cür kömək göstərməyə hazırdır.

Bu gün biz döyüş meydanlarında həlak olanlara görə birlikdə kədərlənirik, onların doğmalarına və yaxınlarına səmimi-qəlbdən başsağlığı veririk.

Bununla bərabər, biz Prezidentimiz, Ali Baş Komandan İlham Heydər oğlu Əliyevin rəhbərliyi ilə Qələbəni və sülhü bərqərar etmiş bütün Azərbaycan döyüşçülərinə təşəkkürümüzü bildiririk.

Yaşasın bizim çoxmillətli Azərbaycan xalqı!

Yaşasın sülh və Azərbaycanımızın rifahı!"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar