Cümə, 22 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Azərbaycanda rəsmi işsizlərin sayı iki dəfə artıb – Səbəb?..

Bu statistika nə dərəcədə reallığı əks etdirir və niyə işsizlərin çox az faizi işsizlikdən sığorta pulu ala bilir?..

İqtisadçı-ekspert: “Dövlət Statistika Komitəsinin işsizlərlə bağlı açıqladığı rəqəm ölkədə əhalinin işsizlik sayını tam əhatə etmir və praktik olaraq əhatə edə də bilməz”.

“Keçən illə müqayisədə bu il rəsmi işsizlərin sayının artması elə də ciddi rəqəm deyil”.

Bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov Dövlət Statistika Komitəsinin işsizlərlə bağlı açıqladığı rəqəmi PİA.az-a şərh edərkən qeyd edib.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə həm iqtisadi fəal, həm də məşğul əhalinin sayı 1,1% artıb.

Oktyabr ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı isə 74,1 min nəfər olub, onların 35,4%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 296,6 manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə ölkədə rəsmi işsiz statusuna malik şəxslərin sayı 2,1 dəfə, işsizlikdən sığorta ödənişinin orta məbləği isə 86 manat və ya 40,8% artıb.

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Pərviz Heydərovla müzakirə edib.

Pərviz Heydərov: “Hökumət vətəndaşın qolundan tutub gətirməli deyil ki, sən işləyirsən, ya yox? Əgər işsizsənsə, qeydiyyatdan keç”.

Hər il ölkənin əmək bazarına 100 mindən çox işçi qüvvəsinin daxil olduğunu xatırladan iqtisadçı-ekspert PİA.az-a açıqlaqmasında əlavə edib ki, buna görə də işsizlik qüvvəsinin müəyyən illərdə artım göstərməsi əslində təbii qarşılanmalıdır. Çünki il ərzində 100 min nəfərin hamısını işlə təmin etmək heç bir hökumətin işi deyil:

“İşsizlik səviyyəsi haqqında rəsmi şəkildə söylənilən rəqəmlər müvafiq üçot nəticəsində irəli sürülür. Ölkə üzrə işsizlərin hamısı uçota alınmır. Burada bu işlə məşğul olanların məsuliyyətsizliyindən, yaxud da məsələyə ciddi yanaşmamalarından söhbət getmir. Ümumiyyətlə dünya praktikasında da işsizlik bir neçə hissəyə bölünür. Məsələn var axıcı işsiz qüvvə, durğun işsiz qüvvə vəs. Bunların hamısı üzrə statistika aparmaq və ölkə üzrə əmək qabliyyətli əhalinin nə qədər hissəsinin işsiz olduğunu dəqiq müəyyən etməyin özü çətin məsələdir.

Dövlət Statistika Komitəsinin işsizlərlə bağlı açıqladığı rəqəm ölkədə əhalinin işsizlik sayını tam əhatə etmir və praktik olaraq əhatə edə də bilməz. Burada başqa səbəb axtarmaq lazımdır deyil.
Keçən illə müqayisədə bu il rəsmi işsizlərin sayının artması elə də ciddi rəqəm deyil.

Məlumdur ki, son illər ərzində ölkədə həyata keçirilən islahatlar, yeni sahələrin yaradılması nəticəsində işsizlik səviyyəsi xeyli dərəcədə aşağı enib. Bununla belə nəzərə alınmalıdır ki, hər il əmək bazarına 100 mindən çox işçi qüvvəsi daxil olur. Buna görə də işsizlik qüvvəsinin müəyyən illərdə artım göstərməsi əslində təbii qarşılanmalıdır. Çünki il ərzində 100 min nəfərin hamısını işlə təmin etmək heç bir hökumətin işi deyil. Bu çox çətin məsələdir.

Qeyd edim ki, bu rəqəmi rəsmi statistika da etiraf edir.Ən yaxşı halda ölkə iqtisadiyyatının inkişafı ilə bağlı görülən tədbirlər və həyata keçirilən islahatlar nəticəsində 100 min işçi qüvvəsinin ən çox 50-60 mini işlə təmin etmək mümkün olar.

Pərviz Heydərov: “İşsizlər “ordu”suna dövlət tərəfindən nəzarət kifayət qədər keyfiyyətli təşkil olunur”.

Onu da vurğulayım ki, Azərbaycanda əhalinin artım tempi, demokrafik vəziyyəti yaxşı olduğuna görə əmək bazarına ildə 100 min işçi qüvvəsi daxil olur. Bildiyimiz kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən özünəməşğulluq proqramlar və müvafiq mexanizmlər işlənib, hazırlanıb təqdim olunur. Bu proqramlar üzrə qarşıya əhalini işlə təmin etmək məqsədi qoyulub. Ən əsası budur ki, get-gedə işsizlər “ordu”suna dövlət tərəfindən nəzarət kifayət qədər keyfiyyətli təşkil olunur. Buna görə də mən gələcəkdə Azərbaycanda isşizlik problemini ciddi təhlükəli səviyyədə olduğunu və yaxud da ola biləcəyini proqnoz etmirəm.

Hökumət vətəndaşın qolundan tutub gətirməli deyil ki, sən işləyirsən, ya yox? Əgər işsizsənsə, qeydiyyatdan keç. İşsiz olan insan əgər taleyini Azərbaycanla bağlı düşünürsə, fikri gündəlik muzdlu əməklə məşğul olmaq deyilsə, özünə oturuşmuş bir vəziyyətdə iş təmin etməyi düşünürsə, həmin insan istər-istəməz qeydiyyat barəsində düşünəcək və addım atacaq. Amma həmin insan düşünürsə ki, bu gün gedim Rusiyada 5-6 göy satım və yaxud fəhləlik edim bu artıq tamam başqa məsələdir.

Dövət orqanı hər vətəndaş üçün ayrıca məşğul ola bilməz. Dövlət orqanının bu sahədə həm imkanı, həm də vaxtı yoxdur”.

Nərminə UMUDLU
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar