Cümə axşamı, 17 Oktyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Azərbaycanda rektorların neçə yaşı var? - Siyahı

Ən gənc və ən yaşlı rektorun neçə yaşı var?..

Siyahıdan məlum olur ki, ölkədə ən gənc rektor İ.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının rektoru Əziz Əliyev, ən yaşlı rektor Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur.

Ölkəmizdə fəaliyyət göstərən dövlət ali təhsil müəssisələri, onların rektorları, yaşları, rektorluq müddətləri:

1) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti. Rektor Mustafa Baba oğlu Babanlı. 51 yaş. 2015-ci ildən. 4 ildir.

2) Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası. Rektor Urxan Kazım oğlu Ələkbərov. 76 yaş. 2011-ci ildən. 8 ildir.

3) Azərbaycan Tibb Universiteti. Rektor Gəraybəyli Gəray Çingiz oğlu. 52 yaş. 2016-cı ildən. 3 ildir.

4) Azərbaycan Dövlət İqtisad Universiteti. Rektor Ədalət Cəlal oğlu Muradov. 57 yaş 2014-cü ildən. 5 ildir.

5) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. Rektor Ceyran Emin qızı Mahmudova. 55 yaş. 2018-ci ildən. 1 ildir.

6) Azərbaycan Dillər Universiteti. Rektor Abdullayev Kamal Mehdi oğlu.69 yaş. Bakı Slavyan Universitetinin rektoru (2000-2014), 2017-ci ildən. 2 ildir. (Ümumi 16 ildir rektordur)

7) Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası. Rektor Fuad Hacıyev. 65 yaş. 2015-ci ildən. 4 ildir.

8)Azərbaycan Dövlət Aqrar Universiteti. Rektor İbrahim Həsən oğlu Cəfərov. 63 yaş. 2013-cü ildən. 6 ildir.

9) Azərbaycan Memarlıq və İnşaat Universiteti. Rektor Gülçöhrə Məmmədova.66 yaş. 1999-cu ildən. 20 ildir.

10) ADA Universiteti. Rektor Hafiz Mir-Cəlal oğlu Paşayev.78 yaş. 2006-cı ildən. 13 ildir.

11) Azərbaycan Turizm və Menecment Universiteti. Rektor İlham İsa oğlu Mədətov. 67 yaş. 2017-ci ildən. 2 ildir.

12) Azərbaycan Dövlət Rəssamlıq Akademiyası. Rektor Ömər Həsən oğlu Eldarov. 92 yaş. 2000-ci ildən. 19 ildir. Bu il istefa verəcəyini söylədi.

13) Azərbaycan Milli Konservatoriyası. Rektor Siyavuş Əşrəf oğlu Kərimi. 65 yaş. 2001-ci ildən. 18 ildir.

14) Azərbaycan Dövlət Pedaqoji Universiteti. Rektor Cəfər Məmməd oğlu Cəfərov. 59 yaş. 2016-cı ildən. (2006-2016-cı illər Azərbaycan Turizm və Menecment Universitetinin rektoru) Ümumi 13 ildir.

15) Bakı Dövlət Universiteti. Rektor Elçin Səfəralı oğlu Babayev. 54 yaş. 2019-cu ildən. 1 hələ olmayıb.

16) Bakı Ali Neft Məktəbi. Rektor Qasımov Elmar Eldar oğlu.46 yaş. 2012-ci ildən. 7 ildir.

17) Bakı Mühəndislik Universiteti. Rektor Məmmədov Havar Əmir oğlu. 74 yaş. 2017-ci ildən.(2000- 2016-cı illər Azərbaycan Texniki Universitetinin,2016-2017-Qafqaz Universitetinin rektoru). Ümumi 19 il.

18) Bakı Slavyan Universiteti. Rektor Əliyeva Nurlana Müzəffər qızı.73 yaş. 2016-cı ildən (1990-2016-cı illərdə zərbaycan Dövlət Pedaqoji Kollecinin direktoru). 3 ildir.

19) Bakı Musiqi Akademiyası. Rektor Fərhəd Şəmsi oğlu Bədəlbəyli. 72 yaş. 1991-ci ildən. 28 ildir.

20) Bakı Xoreoqrafiya Akademiyası. Rektor Əfəndiyev Timuçin İlyas oğlu. 74 yaş. 2014-cü ildən (1987- 2014-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru). Ümumilikdə 32 ildir.

21) Milli Aviasiya Akademiyası. Rektor Arif Mir Cəlal oğlu Paşayev. 85 yaş. 1996-cı ildən. 23 ildir.

22) Gəncə Dövlət Universiteti. Rektor Yusifov Yusif Əmiralı oğlu. 68 yaş. 2014- cü ildən. 5 ildir.

23) Naxçıvan Dövlət Universiteti. Rektor Məhərrəmov Saleh Heydər oğlu. 54 yaş. 2013-cü ildən. 6 ildir.

24) Sumqayıt Dövlət Universiteti. Rektor Hüseynov Elxan Bahadur oğlu. 71 yaş. 2014-cü ildən. 5 ildir.

25) M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı. Rektor Paşayeva Nərgiz Arif qızı. 57 yaş. 2008-ci ildən. 11 ildir.

26) İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı. Rektor Əziz Cəmil oğlu Əliyev. 44 yaş. 2015-ci ildən. 4 ildir.

27) Azərbaycan Texnologiya Universiteti. Rektor Süleymanov Akif Şamil oğlu. 68 yaş. 2013-cü ildən. 6 ildir.

28) Azərbaycan Texniki Unuversiteti. Vilayət Məmməd oğlu Vəliyev. 59 yaş. Bu ilin 31 iyul tarixində təyinat alıb.

pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627

Etiket: rektor

Şərh yazın.

loading...

Ən çox oxunanalar