Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qurbanlıq ət neçəyə və harada satılır? - Siyahı

Bu il Qurban bayramı pandemiya dövrünə təsadüf etdiyi üçün bayramın keçirilməsi, həmçinin qurbanlıq heyvanların satışı, kəsimi və s. fəaliyyətlər əvvəlki illərdən fərqli olaraq həyata keçirilir.

Vətəndaşlar qurbanlıq heyvan cəmdəyini (heyvan ətini) satış məntəqələri, müxtəlif market şəbəkələri və Kənd Təsərrüfatı Nazirliyinin onlayn satış platforması üzərindən əvvəlcədən sifariş etməklə əldə etməli olacaq.

Trend müxtəlif market şəbəkələrində satışa çıxarılan qurbanlıq quzuların qiymətləri ilə maraqlanıb. Həmin qurbanlıq quzuların satış şərtlərini sizlərə təqdim edirik:

"Bravo" Supermarketlər şəbəkəsi: Qurbanlıq ətin 1 kilosu 10.99 AZN-ə təklif edilir. Qiymətə yalnız heyvanın əti daxildir. Ət bütöv, 2 və ya 4 yerə bölünərək təqdim olunur. Heyvan Bərdə rayonundan gətirilir, vətəndaş marketə yaxınlaşaraq qurban ətini yerindəcə əldə edir. Bu təklif 31 iyul - 1 avqust tarixlərində keçərli olacaq.

"Araz" Supermarketlər şəbəkəsi: Diri qurbanlıq quzunun çəkisinin 1 kilosunu 5.89 AZN-ə təklif edir. Qiymətə heyvanın əti, içalatı və baş-ayağı da daxildir. Ət bütöv, 2 və ya 4 yerə bölünərək təqdim olunur. Quzular Bərdə, Beyləqan, Ağcabədiİmişli rayonlarından gətirilir. Vətəndaş qurbanlıq quzunu öncədən sirafiş edə bilər.

"Rahat" Supermarketlər şəbəkəsi: Kəsilmiş, soyulmuş qurbanlıq quzuların minimum çəkisi 15 kiloqramdır, qiyməti isə 190 manat edir. Bu qiymətə heyvanın əti və içalatı daxildir. Ət bütöv, yaxud bölünmüş formada təklif olunur. Quzular Bərdə, Beyləqan, Ağcabədi rayonlarından gətirilir. Alıcı qurbanlıq əti yalnız bayram namazından sonra ala bilər.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Kənddən Şəhərə” layihəsi çərçivəsində qurbanlıq qoyunların onlayn satış yarmarkası: Qurbanlıq qoyunları onlayn sifariş etmək istəyən vətəndaşlar www.qurbanliq.kendden.az saytına daxil olaraq 31 iyul saat 00:00-dək mövcud xanalar üzrə məlumatlarını qeyd edə və satış məntəqələrindən onlayn növbə götürə bilərlər. Sifariş zamanı vətəndaşlar qurbanlıqlarını götürəcəkləri məntəqəni, tarixi və saatı seçməkdə sərbəstdirlər. Qurbanlıq qoyunlar çəkilərinə uyğun olaraq üç kateqoriyada vətəndaşlara təklif olunacaq. Sifariş edilən qurbanlığın dəyəri kəsilmiş çəkidə hər kq üçün 11.50 AZN-dən hesablanaraq ödəniləcək. Vətəndaşlar satın almaq istədikləri qurbanlıq qoyunun dəyərinin bir hissəsini (20 AZN) əvvəlcədən onlayn sifariş etdiyi zaman, məbləğin qalan hissəsini isə satış məntəqəsindən qurbanlığı əldə etdiyi zaman ödəyəcək.

pia.az 


Etiket: Qurbanlıq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar