Azərbaycanda qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
İyulun 9-da qızılın qiyməti iyulun 8-i ilə müqayisədə 5,9415 manat azalaraq 1 unsiya üçün 2373,472 manat təşkil edib.
Gümüş 0,059 manat bahalaşaraq 1 unsiya üçün 25,6092 manata bərabər olub.
Trend-ə görə, platinin qiyməti 0,901 manat artaraq 1382,355 manat, palladiumun qiyməti isə 14,756 manat azalaraq 2648,3535 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
pia.az