Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda Qida Təhlükəsizliyi Klinikası yaradılacaq

"Azərbaycanda Qida Təhlükəsizliyi Klinikası yaradılacaq"...

Bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Yeni Azərbaycan Partiyasının (YAP) İcra Katibliyində keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Klinikanın nəzdində “Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma Mərkəzi” və “Toksikoloji və Kimyəvi Təhlüksəzilik Mərkəzi” fəaliyyət göstərəcək:

""Biotəhlükəsizlik və Xəstəliklərdən Qorunma" Mərkəzi ölkənin biotəhlükəsizlik statusunun mütəmadi nəzarətdə saxlanılması, ölkə xaricində və ya daxilində ortaya çıxan bioloji təhlükə qaynaqlarının araşdırılması, qiymətləndirilməsi, önləyici tədbirlərin hazırlanması, böhran vəziyətində müvafiq koordinasıyanın həyata keçirilməsi, ölkənin biotəhlükəsizlik statusuna təhdit ola biləcək biolojik agentlərdən qorunma məqsədi ilə elmi-praktiki tədqiqatlarının aparılması, bioloji agent qaynaqlı alovlanmaların mənşəyinin təyin edilməsi, önləyici tədbirlərin alınması məqsədi ilə genom xəritəsinin təyin edilməsi və müvafiq biotexnoloji metodların tətbiq edilməsi üzrə fəaliyyət göstərəcək".

Q.Təhməzli qeyd edib ki, həmçinin Mərkəz tərəfindən "Quş qripi", yüksək patogenliyə malik koronavirus növlərinin, qarayara kimi xüsusi təhlükəli xəstəliklərin sürətli diaqnozunun qoyulması, tədqiqinin aparılması, bu kimi hallara çevik reaksiya verilməsi məqsədi ilə Biotəhlükəsizlik 3 səviyyəli laboratoriyaların formalaşdırılması həyata keçiriləcək. Həmçinin xəstəliklərdən qorunma məqsədi ilə ölkə əhalisinin maarifləndirilməsi, müvafiq önləyici tədbirlərin əhaliyə aşılanması həyata keçiriləcək.

AQTA sədri deyib ki, Toksikoloji və Kimyəvi Təhlükəsizlik Mərkəzi tərəfindən qida, bitki və heyvan sağlamlığı sahələrində istifadə edilən dərman vasitələri qaynaqlı kimyəvi təhlükələrin önlənməsi məqsədi ilə müvafiq təlimatların hazırlanması və icra edilməsi, eləcə də, ölkə xaricindən və daxilindən qaynaqlana biləcək kimyəvi agent qaynaqlı təhlükələrin mütəmadi olaraq qiymətləndirilməsi və önlənməsi tədbirləri görüləcək: "Eyni zamanda Mərkəz kimyəvi zəhərlənmələrin qaynağının müəyyən edilməsi məqsədi ilə mənşəyi məlum olmayan kimyəvi maddə təyini, həmçinin biolojik materiallarda toksikoloji analiz laboratoriyaların qurulması və işinin təşkil edilməsi, kimyəvi agent qaynaqlı təhlükələrə qarşı böhran vəziyyətinin idarə edilməsi və müvafiq koordinasiyanın həyata keçirilməsi, kimyəvi təhlükə səviyyəsinin yerində müəyyən edilməsi üçün müvafiq mobil laboratoriyaların işinin təşkili üzrə fəaliyyət göstərəcək".

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar