Çərşənbə, 29 Yanvar 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

Azərbaycanda qadın süd vəzilərinə banka qoydu – Dəhşətli nəticə

Azərbaycanda bu vaxta qədər görülməyən türkəçarə metodu bu dəfə radioloq-mammoloq Günel Qəmbərovanın tibib praktikasında rast gəlinib...

Süd vəzisindən irinli qanlı ifrazat gəldiyini görən pasiyent nəhayət ki, mammoloq yanına gəlir.

Həkim müayinə zamanı gördüyü mənzərədən dəhşətə gəlir.

"XXI əsrdir amma yenə də belə nadir hallarla üz-üzə gəlirik. Qadın süd vəzisindəki ağrıları götürmək üçün sinəsinə banka qoyub. Nəticə süd vəzidən qanlı ifrazat gəlməyə başlayıb. Heç süd vəzilərinə banka qoymaq olarmı? Sabah görsək ki, biri banka qoyub, sonra çərtib qan çıxarıb, daha təəccüblənməyəcəm”.

Xəstəyə dukloqrafiya – kontrastlı mammoqrafiya olunub, axarlara baxılıb.
Radioloji rəy olaraq süd vəzinin axarlarının deformasiyası, xaotik düzülüşü aşkarlanıb. Digər süd vəzisində axardaxili papilomalar görüldü.
Histoloji rəy olaraq axardaxili papiloma verildi.

Vəzilərə kortəbii, yanlış olaraq banka qoymaqla süd vəzidə təzyiqi qaldırmış, bir axar deformasiya olmuş, digər axarda isə əvvəlcə kiçik olan papilomalar böyümüşdür və axarlardan qanlı irinli ifrazat ilə yekunlaşıb.

Həkim süd vəzilərinə belə müdaxilələrin yolverilməz olduğunu və süd vəzilərdə patoloji dəyişikliklər yaradacağını və xəstənin vəziyyətini ağırlaşdaracağını bildirib.(medicina.az)

pia.az

Hostimul.com
Paylaşılan hostinq, fiziki server, VPS və ya reseller hostinqa ehtiyacınız olarsa, təklif etdiyimiz hostinq xidmətləri ilə nəinki layihənizə uyğun bir hostinq məhsulu seçib, həm də veb-saytınızı lazımi qorunma ilə təmin edə bilərsiniz. Ətraflı məlumat üçün daxil olun: https://hostimul.com/az/hosting-azerbaycan/

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627



loading...

Ən çox oxunanalar