Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda parlament seçkiləri İsveçrə mətbuatında işıqlandırılıb

İsveçrənin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Ticarət Palatasının internet səhifəsində "Azərbaycandakı islahatlar İsveçrə şirkətlərinə nə vəd edir?" başlıqlı məqalə dərc edilib...

PİA.az Trend-ə istinadən bildirir ki, məqalədə qeyd edilib ki, Azərbaycanda geniş vüsət alan struktur və iqtisadi islahatlar 2019-cu ildə pik həddə çatıb, dövlət idarəçiliyində gəncləşmə siyasəti aparılıb, hakimiyyət qurumları yenidən formalaşdırılıb. Ölkə Parlamenti də bu islahatlardan kənarda qalmayıb və qanunverici orqanın islahatların artan sürətinə uyğunlaşması üçün ölkədə növbədənkənar parlament seçkiləri elan olunub.

Vurğulanıb ki, 2020-ci il fevralın 9-da keçirilən Parlament seçkilərində 125 mandat uğrunda 1300 namizəd mübarizə aparıb ki, bu da seçkilərin yüksək rəqabət şəraitində keçdiyinə dəlalət edir. Seçkilərin xalqın iradəsini əks etdirdiyi və yeni Parlamentdən ölkədə islahatlar prosesini daha da sürətləndirəcəyinin gözlənildiyi qeyd edilib.

Məqalədə daha sonra qeyd olunur ki, aparılan islahatlar nəticəsində Azərbaycanın ÜDM-i 2019-cu ildə 2.2% artıb, qeyri-neft sektorunda artım isə 3.5% olub. İnflyasiyanın 2.6% səviyyəsində qalması, strateji valyuta ehtiyatlarının isə 6.4 milyard artaraq 51 milyard ABŞ dollarına çatdığı bildirilib. Vergi və gömrük sektorlarında aparılan islahatlar sayəsində 2019-cu ildə büdcəyə vergi gəlirlərinin 3.5% artdığı vurğulanib.

Azərbaycanda aparılan islahatların beynəlxalq təşkilatların da diqqətindən qaçmadığı qeyd edilib. Dünya Bankının "Doing Business 2019" hesabatının Azərbaycanı dünyanın 20 aparıcı islahatçısı siyahısına daxil etdiyi, Ümumdünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik hesabatında isə Azərbaycan 11 pillə irəliləyərək 58-ci pilləyə yüksəldiyi bildirilib.

Sonda Azərbaycanda aparılan islahatların İsveçrə şirkətləri üçün də böyük imkanlar açdığı qeyd edilərək, "Stadler Rail" və "Holcim" kimi şirkətlərin uğur hekayələrinin digər İsveçrə şirkətlərini də siyasi cəhətdən sabit və iqtisadi cəhətdən imkanlarla zəngin olan Azərbaycana diqqət yetirməyə həvəsləndirməli olduğu vurğulanıb.

pia.az


Etiket: seçkilər

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar