Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda pandemiyadan qazananlar və kasıblaşanlar kimlərdir?

Artıq heç kimə sirr deyil ki, bütün dünyada, xüsusən də Qərb dünyasında pandemiya dönəminin oliqarxları yaranmaqdadır...

Siyasi şərhçi: “Azərbaycanda covid testləri həddindən artıq bahadır və monopoliyadadır”.

“Yaxşı olardı ki, covid testlərinə və müalicəsinə nəzarət gücləndirilsin”.

Bu sözləri siyasi şərhçi Azər Rəşidoğlu Azərbaycanda pandemiyadan qazanan və kasıblaşan təbəqəni PİA.az-a şərh edərkən qeyd edib.

Artıq heç kimə sirr deyil ki, bütün dünyada, xüsusən də Qərb dünyasında pandemiya dönəminin oliqarxları yaranmaqdadır. Buna misal olaraq deyə bilərik ki, COVID-19 virusunun müalicəsində istifadə edilən məhşur dərmanlar əvvəllər də var idi, amma yaxşı satış olmurdu. Virus peyda olandan sonra isə həmin dərmanların həm qiymət qalxdı, həm də satışı çoxaldı.

Buna görə də pandemiyanın davam etməsi, bitməməsi təkcə böyük farmakoloji mafiyalara yox, bir çox sahədə çoxsaylı oliqarxlara sərf edir. Yəni virusun bitməməsi üçün çalışan çox güclü qüvvələr var.

Bəs bu məsələ ilə bağlı Azərbaycanda vəziyyət necədir? Pandemiyadan Azərbaycanda kimlər daha çox qazanır və kimlər daha çox kasıblaşır?

Pandemiyanın ölkəmizə vurduğu ziyanı və pandemiyadan qazananları PİA.az-ın əməkdaşı siyasi şərhçi Azər Rəşidoğlu ilə müzakirə edib.

Azər Rəşidoğlu: “TƏBİB və Səhiyyə Nazirliyi bu işlə məşğul olurlar. Buna görə də birbaşa bu iki qurum hədəf seçilməlidir”.

Covidə tutulmuş insanların yarısının xəstəxanalarda yer tapmadılar üçün evdə müalicə olunmaq qaldıqlarını xatırladan Azər Rəşidoğlu PİA.az-a açıqlamasında qeyd edib ki, evdə müalicə çox baha başa gəlib çıxır. Buna görə də pandemiyadan ən çox zərər görən elə sosial vəziyyəti yaxşı olmayan insanların olduğunu deyə bilərik:

“Bu problem bəşəri bir problemdir. Amma bu problemin müəyən yolları tapılmalı idi. Yəni Azərbaycanda covid testləri həddindən artıq bahadır və monopoliyadadır. Həmçinin covidin müalicəsi üçün nəzərdə tutulan dərmanla da həddindən artıq bahadır. Covidə tutulmuş insanların yarısı xəstəxanalarda yer tapmadılar üçün evdə müalicə olunmaq istəyir. Bu da çox baha-başa gəlib çıxır. Buna görə də deyə bilərik ki, pandemiyadan ən çox zərər görən elə sosial vəziyyəti yaxşı olmayan insanlar olur.

Covid testlərinin baha olması və müalicənin də baha-başa gəlməsi əlbəttə ki, insanların vəziyyətini daha da pisləşdirdi. Yaxşı olardı ki, covid testlərinə və müalicəsinə nəzarət gücləndirilsin. Əsas testlərin qiyməti nəzarət alınmalıdır.

Başqa bir problem isə covid dərmanlarının qiymətinin süni şəkildə bir neçə dəfə qaldırılmasıdır. Bu da orta sinifin və daha kasıb insanların çox ciddi şəkildə ziyana düşməsi ilə nəticələnir. Hesab edirəm ki, Səhiyyə Nazirliyi və Operativ Qərargah covid dərmanlaeının qiymərini nəzarətdə sazlamalıdır.

Pandemiyadan konkret olaraq kimin qazandığını demək çətindir. Amma məlumdur ki, TƏBİB və Səhiyyə Nazirliyi bu işlə məşğul olurlar. Buna görə də birbaşa bu iki qurum hədəf seçilməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar