Çərşənbə axşamı, 29 Sentyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycanda otellər yeni qaydada işləyəcək – Video

Otellər bundan sonra yeni qaydalarla işləyəcək.

PİA.az xəbər verir ki, bu barədə AZTV-də xüsusi süjet hazırlanıb. Nazirlər Kabineti otellərin yeni fəaliyyət qaydasını təsdiqləyib. Yeni qaydalara görə, mehmanxanaya daxil olan qonağın hərarəti ölçüləcək. Bununla yanaşı, otelə əvvəlcədən yer rezerv edən və işgüzar məqsədlə gələnlər buraxılacaq. Yalnız bu şəxslərə mehmanxananın daxilindəki ictimai iaşə zonalarından, əyləncə, idman və istirahət məkanlarından istifadəyə icazə veriləcək.

Qaydalara əsasən, otelin işçiləri hər həftə COVİD-19 testindən keçməlidirlər. Xəstəlik ehtimalı olduqda isə test dərhal keçiriləcək.

80-dən artıq yeri olan otellərdə nəzarət qrupu yaradılacaq. Digərlərində isə operativ məsul şəxs təyin ediləcək.

Otellərin hər tərəfində dezinfeksiya ləvazimatları yerləşdiriləcək.

Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov bildirib ki, otellərdə həmçinin fitnes və hovuzlar da olacaq.

“Otellərdə fitnes, sauna, hovuz, hamam, spa, konfrans və s. xidmətlər leqal fəaliyyət göstərəcək. Müəyyən qaydalar çərçivəsində onlar bu xidmətləri təşkil etməli olacaqlar”, - deyə qurum rəsmisi bildirib.

Onlardan ödənişsiz istifadə ediləcək. Təması azaltmaq üçün qonaqlarla işçilərin e-mail, telefon və digər vasitələrlə ünsiyyətinə üstünlük veriləcək.

Ödənişlərə gəlincə, ödəmədə üstünlük nağdsız şəkilə veriləcək. Terminalların isə hər əməliyyatdan sonra dezinfeksiyası təmin ediləcək.

Daha ətraflı süjetdən tanış ola bilərsiniz.

pia.az


Etiket: otellər

Şərh yazın.


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

"Paşinyan İlham Əliyevə danışıqlar prosesi ilə bağlı istəklərini çatdırdı" - Prezidentin köməkçisi

“Rusiya qonşularının daxili siyasətinə qarışmır” - Putin

Füzuli şəhəri ilə bağlı Müdafiə Nazirliyi açıqlama yaydı

Xankəndi və Şuşada yaşayan ermənilər Ermənistana qaçır – Video

Azərbaycan ordusunun məhv etdiyi erməni əsgərləri - Düşmənin canlı itkisi videoda

Nazirlikdən internet istifadəçilərinə xəbərdarlıq

İşğaldan azad edilmiş ərazilərimizdən ilk görüntü - Video

"Bu gün sevindirici məlumatlar yayılacaq" - Qubad İbadoğlu

İran tərəfindən Azərbaycana Qarabağ təbriki gəldi

loading...

Ən çox oxunanalar