Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda “ölüm mələyi” olan xəstəlik

Dünyada 25-40 yaşlı insanlar arasında ürək xəstəliyi gəncləşib

Bunu ABŞ-ın Klivlend Klinikasının kardioloqu Murat Tuzcu deyib. Onun sözlərinə görə, indi 25-40 yaşlı insanlar 50 il əvvəlki dövrlə müqayisədə fərqli həyat tərzi keçirirlər: "Onlar günlərini ya televizor, ya da kompüter qarşısında oturaraq, hərəkət etmədən keçirirlər. Bu, sonradan kökəlməyə səbəb olur: "Dünyada ürək xəstəliklərinin artmasının iki əsas səbəbi var. Ürək xəstəlikləri üçün ən önəmli risk faktoru yaşdır. Yaş artdıqca ürək-damar xəstəliklərinə məruzqalma şansı artır. Digər səbəb həyat tərzimiz - çox yemək, fiziki hərəkət etməmək, piylənmədir. Bu amillər olduğu zaman insanda ürək xəstəliklərinin olması çox normaldır. Bundan başqa, stress, siqaret çəkmək, havanın çirklənməsi də ürək xəstəliyi riskini yüksəldir".

M.Tuzcu əlavə edib ki, 30-40 il əvvəl infarkt diaqnozu ilə xəstəxanaya gələn 3 nəfərdən biri dünyasını dəyişirdisə, indi 30 nəfərdən biri ölür. Başqa sözlə, indi insanlar ürək xəstəsi olsalar da, uzun müddət həyatda qala bilirlər.

Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyətinin prezidenti Kamran Musayev bildirib ki, ölkəmizdə ürək xəstəliklərinin epidemiologiyası, rast gəlmə tezliyi üzrə göstəricilər dünyadakı nəticələrlə demək olar ki, eynidir. Ürək xəstəlikləri bütün dünyada ölümə səbəbolmaya görə ilk yeri tutur: "Dövlət Statistika Komitəsinin verdiyi məlumatlara baxdıqda görmək olar ki, Azərbaycanda da eyni tendensiyalar müşahidə olunur. Təəssüf ki, Azərbaycanda ürək-damar xəstəliklərindən ölənlərin sayı daha çoxdur. Kardiologiya sahəsində bu qədər böyük inkişafın baş verməsinə baxmayaraq, bu gün belə nəticələr var". (Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar