Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda niyə kredit tətili elan olunmadı?...

Karantindən sonra müştərilərlə banklar arasında hansı problemlər yaşana bilər və bu fonda ipoteka kreditlərinin taleyi necə olacaq?...

 

Bank üzrə ekspert: “ Bizi çox ağır dövr gözləyir. Bunu hamı bilsin. Buna görə də daha qənaətcil olmalıyıq”.

“Əgər kimsə kreditini vaxtında ödəmirsə, ona cərimə yazıla, həmçinin məhkəməyə də verilə bilər. Bu məsələdə banklar qanun tərəfdən haqlıdırlar”.

Bu sözləri bank üzrə ekspert Əkrəm Həsənov karantin dövründə bankların müştərilərdən ödəniş tələb etmələrini PİA.az-a şərh edərkən qeyd edib.

Yayılan məlumatlara görə ipoteka ödənişləri ətrafında durum yaranıb. Qeyd edək ki, karantin dönəmində bankların müştəriləri arasında iş yerini itirənlər, gəlirləri kəskin azalanlar çoxluq təşkil edir. Bəzi məlumatlara görə isə banklar ipoteka müştərilərindən ödəniş tələb etməkdədirlər. Banklar bunu Azərbaycan hökümətinin kredit tətili elan etməməsi ilə əlaqələndirirlər və təbii ki, bu durumda qanunlar bankların tərəfindədir.

Xatırladq ki, Prezidentin yanında keçirilən müşavirədə çıxış edəm Mərkəzi Bankın sədri Elmar Rüstəmov bildirmişdi ki, Azərbaycanda kredit tətilinin elan olunması gündəmdədir və bu məsələylə bağlı işlər aparılır. Aradan bir müddət keçməsinə baxmayaraq hökümət bu vacib və aktual məsələ olə bağlı qərar qəbul etməyib.

Karantin dönəmində və sonrasında bu tipli problemlərin həllini necə olacaq? Ümumiyyətlə karantindən sonra müştərilərlə banklar arasında hansı problemlər yaşana bilər və bu fonda ipoteka kreditlərinin taleyi necə olacaq?

Mövzunu PİA.az-ın əməkdaşı ekspert Əkrəm Həsənovla müzakirə edib.

Əkrəm Həsənov: “Mərkəzi Bankın sədri Elman Rüstəmov müsahibələrinin birində bəyan etdi ki, kredit tətili elan olunması ilə bağlı işlər gedir. Amma hələ ki, ortada heç nə yoxdur”.

Azərbaycanda heç bir bankın kreditlərə tətil elan etmədiyini vurğulayan ekspert PİA.az-a açıqlamasında səbəb kimi bankların maliyyə vəziyyətlərinin elan etdiklərindən pis olduğunu qeyd edib:

“Əvvəla onu qeyd edim ki, əksər ölkələrdən fərqli olaraq Azərbaycanda kredit tətili elan olunmayıb. Düzdür Mərkəzi Bankın sədri Elman Rüstəmov müsahibələrinin birində bəyan etdi ki, bu məsələ ilə bağlı işlər gedir. Amma hələ ki, ortada heç nə yoxdur. Buna görə də Azərbaycanda hər kəs hüquqi cəhətdən vaxtında kreditlərini ödəməlidirlər. Hətta evdən çıxmaq üçün verilən 2 saat müddətində bank xidmətləri də nəzərdə tutulub. Əgər kimsə kreditini vaxtında ödəmirsə, ona cərimə yazıla, həmçinin məhkəməyə də verilə bilər. Bu məsələdə banklar qanun tərəfdən haqlıdırlar.

Bəzi ölkələrdə bankların özləri tətil elan ediblər. Bu banklar öz hesablarına, yəni itkiyə məruz qalaraq tətil elan ediblər. Məsələn Gürcüstan bankları, hətta Ermənistanın bankları öz hesablarına 13 martda tətil elan ediblər.

Mən öz hesabına tətili izah edim ki, oxucularımıza ayın olsun. Məlumdur ki, bank öz pulunu kredit vermir. Bank kimdənsə əmanət cəlb edir və ona da faiz ödəməlidir. Cəlb etdiyi pulu da kreditə faizə verib. Kimsə krediti vaxtında ödəməyəndə təbii ki, bank da əmanət üzrə faizi öz hesabına ödəməlidir. Bu da banklar üçün itkidir. Amma bir daha qeyd edim ki, bəzi xarici ölkələrin bankları bu itkiyə gediblər.

Əkrəm Həsənov: “Azərbaycanda hər kəs hüquqi cəhətdən vaxtında kreditlərini ödəməlidir”.

Azərbaycanda isə heç bir bank kreditlərə tətil elan etməyib. Bunu da əsas səbəbi odur ki, banklarımızın maliyyə vəziyyətləri elan etdiklərindən pisdir. Yəni bankların pulları yoxdur ki, dəyər zərəri üstlərinə götürsünlər. Əlbəttə bir neçə bank var ki, onların vəziyyətləri yaxşıdır. Amma həmin banklar da deyirlər ki, əksəriyyət etmirsə, mən niyə edim.

Məsələnin digər tərəfi də var. Bu da odur ki, əksər ölkələrdən banklar bunu öz hesablarına deyil, dövlətin dəstəyi ilə edib. Yəni dövlət həmin bankların itkilərini kompensasiya edir və banklar da tətil elan edir. Məsələn Avropada, ABŞ-da belə ediblər.

Deyilənə görə bizdə də bunun üstündə iş gedir. Yəni dövlət banklara kompensasiya edəcək ki, onlar da tətil elan etsinlər. Təbii ki, belə tətil elan olunmasa, gecikmə halları, kreditlərin ödənilməməsi halları çoxalacaq və biz Azərbaycanda bankların problemli kreditlərinin artmasının ikinci dövrünü m2şahidə edəcəyik. Onsuz da problemli kreditlər çox idi indi daha da çoxalacaq. Bu da iqtisadiyyatımız üçün təhlükəlidir. Bank sektorununun məlum vəziyyətinə görə isə, ümumiyyətıə arzu olunan deyil.

Əkrəm Həsənov: “Mərkəzi Bankın rəhbəri yenidən Elman Rüstəmov olduğuna görə, ondan bu məsələnin həlli ilə bağlı müsbət addımların atılacağını gözləmirəm”.

Karantin dövründə və sonrasında çoxlu sayda insanların işsiz qalma ehtimalı böyükdür. Çünki bir çox sahibkarlar ya ümumiyyətlə fəaliyyətlərini dayandıracaqlar, ya da fəaliyyətlərini məjdudlaşdıracaqlar.­ Bu da təbii ki, işsizlərin sayının çoxalması deməkdir. İş olmayandan sonra da problemli kreditlərin çoxalması şübhəsizdir. Eynimzamanda bu prosses biznes sahələrinin kreditləşməsinə ciddi zərbə olacaq. Yəni ortada qapalı bir dairə yaranmış olur. Buna görə də hesab edirəm ki, təcili olaraq dövlət səviyyəsində tədbirlər görmək lazımdır. İş yerlərinin bağlanmasına görə artıq hökumətin müəyyən tədbirlər planı var. Ola bilsin ki, bu tədbirlər planını daha da genişləndirmək lazımdır.

Ümumiyyətlə isə düşünürəm ki, hökümət bank sektoru ilə bağlı məsələıəri yenidən nəzərdən keçirməlidir. Düzdür bu çox çətin məsələdir. Bunu əsasən Mərkəzi Bank etməlidir və buna əlavə maliyyə resursları lazımdır. Amma Mərkəzi Bankın rəhbəri yenidən Elman Rüstəmov olduğuna görə, ondan bu məsələnin həlli ilə bağlı müsbət addımların atılacağını gözləmirəm.

Bizi çox ağır dövr gözləyir. Bunu hamı bilsin. Buna görə də daha qənaətcil olmalıyıq”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar