Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası necə tətbiq olunacaq? - Açıqlama

Azərbaycanda nəqliyyat vasitələrinin utilizasiyası ilə bağlı layihə hazırdır və razılaşdırılması üçün dövlət orqanlarına təqdim olunub.

Bunu “Report”a açıqlamasında “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Etibar Abbasov deyib.

“Bildiyiniz kimi, nəqliyyat vasitələrinin utilizasiyası üçün dövlət proqramı var. Dövlət proqramında bu, bir bənd olaraq göstərilib və bu prosesi İqtisadiyyat Nazirliyi həyata keçirir. Bununla bağlı layihə hazırdır və onun təsdiqindən sonra bu istiqamətdə fəaliyyətimiz davam edəcək”, - deyə E.Abbasov bildirib.

Utilizasiya proqramı könüllülük əsasında tətbiq olunacaq və stimullaşdırıcı tədbirlər həyata keçiriləcək. Belə ki, köhnəlmiş və ya yararsız nəqliyyat vasitəsini utilizasiyaya verən şəxs yeni istehsal olunmuş nəqliyyat vasitəsi alarkən ona müəyyən məbləğdə endirim edilməsi, endirim əldə etmək niyyətində olmayan şəxslərə isə alternativ olaraq müəyyən məbləğdə birdəfəlik ödənişin edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, 12 mart 2009-cu ildə “Təmiz Şəhər” ASC dövlət qeydiyyatına alınmış və öz fəaliyyətinə başlayıb. Cəmiyyətə tullantıların yerləşdirilməsini və utilizasiyasını müasir standartlara cavab verən şəkildə qurmaq və idarə etmək, bu prosesi mütəşəkkil qaydada həyata keçirmək, həmçinin şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaq və qeyd olunan sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirmək həvalə olunub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar