Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi artıb

2020-ci ildə Azərbaycanda əsas kapitala 17 milyard 28,1 milyon manat məbləğində, yaxud 2019-cu illə müqayisədə 8,3 faiz az vəsait yönəldilib.

Trend-in məlumatına görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,3 faiz artıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,3 faiz azalıb. İstifadə olunmuş vəsaitin 11 milyard 175,8 milyon manatı və ya 65,6 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 485,0 milyon manatı (26,4 faizi) xidmət sahələrinə, 1 milyard 367,3 milyon manatı (8,0 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 11 milyard 911,1 milyon manatını və ya 69,9 faizini daxili vəsaitlər təşkil edib. Sərmayə qoyuluşunun 10 milyard 954,1 milyon manatı və ya 64,3 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 50,4 faiz, büdcə vəsaitləri 27,6 faiz, bank kreditləri 6,2 faiz, əhalinin şəxsi vəsaitləri 5,7 faiz, sair vəsaitlər 8,6 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri isə 1,5 faiz təşkil edib.

pia.az 


Etiket: Neft


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar