Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda narkomaniya: vəziyyət faciəvi həddədir - Video

Son bir ildə ölkəmizdə narkotik və psixotrop maddə istifadəçilərinin sayı artıb.
DİN-nin məlumatına görə qanunsuz olaraq narkotik maddələri və psixotrop vasitələri, yaxud onların prekursurlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satışı üzrə 2021-ci ilin 8 ayı ərzində Respublika ərazisində 6020 fakt aşkarlanıb. Cari ilin 8 ayı ərzində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə əlaqəli 3611 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Narkotik istifadəçiləri olan qadınların sayı 618 nəfər, 15-17 yaş arası uşaaqların sayı isə 9 nəfərdir. Son məlumatlara görə hazırda ölkəmizdə 33 min 788 rəsmi qeydiyyatda olan narkotik istifadəçisi var. Əvvəlki illərlə müqayisədə narkotik istifadəçilərinin sayında artım müşahidə olunur. Belə ki, narkotik vasitələrdən istifadə edənlərin sayı 2019-cu illə müqayisədə təxminən 800 nəfər artıb.

Narkotik vasitələrin və uyuşdurucu həblərin el arasında “Patı” kimi tanınan metamfetaminin geniş yayılmasını və onun əlçatanlığını asanlaşdıran səbəblər hansılardır?

Mövzu İctimai televiziyanın efirində yayımlanan “Sabaha saxlamayaq” verilişində müzakirə olunub.

Vəkillər Kollegiyasının üzvü, Hüquq Elmləri üzrə Fəlsəfə doktoru, keçmiş polis rəisi Cavid Cəfərov bildirib ki, narkomaniyanın geniş yayılması cəmiyyət üçün bir fəlakətdir, bu hallar hətta məktəblərə belə gedib çıxıb:

“Acınacaqlı və cəmiyyət üçün həyəcan siqanlı çalınacaq bir vəziyyətdir. Mən yaxın vaxtları nəzərdə tutaraq deyirəm ki, DİN-nin əmıkdaşlarının uğurla həyata keçirdiyi kompleks əməliyyat-istintaq, əməliyyat-axtarış tədbirləri nəticəsində 7000-nə yaxın təkcə narkotik vasitələrinin satışı və istifadəsi ilə bağlı faktlar aşkar olunub. Bunlarla bağlı cinayət işi açılıb.Bu cinayət işləri üzrə 5000-ə yaxın şəxs məsuliyyətə cəlb olunub, barələrində həbs qətimkan tədbiri keçirilib. Narkotik vasitələrin dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunanlar arasında azyaşlılar da var və onlar 10-20% təşkil edirlər.
Bunun yayılma üsullarından biri də ilkin mərhələdə pulsuz təqdim edilməsidir. Aludəçilik yaranandan sonra şəxsin özü də narkotik vasitələrin alınmasına digər başqa insanları cəlb edir”.

Vəkil əlavə olaraq vurğulayıb ki, 2021-ci il yanvarın 1-dən bu günə qədər olan məlumata görə ölkə üzrə 55 tona yaxın narkotik bitkilər dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini Fikrət Əsgərli də məsələyə münasibət bildirib.

Fikrət Əsgərli qeyd edib ki, orta hesabla il ərzində 1 ton yarım, 2 tona yaxın narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılaraq, bu qeyri qanuni hərəkətləri həyata keçirən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər həyata keçirilir:

“Son dövrlər pandemiya şəraitini nəzərə alsaq və 2018-2019-2020-2021-ci ilin statistik rəqəmlərin müqayisəsinə baxsaq, əvvəllər əgər biz orta hesabla 500-600-ə yaxın qaçaqmalçılıq faktları üzrə cinayət işinin istintaqını aparırdıqsa, hazırda o rəqəmlər biraz aşağı enib. Bu ondan irəli gəlir ki, quru sərhədlərimiz bağlıdır. Amma bununla belə biz narkotik vasitələrin həcminə nəzər yetirsək, bu ilin cari dövrü ərzində 1 ton 700 kq dan yuxarı narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyədən çıxarılması təmin olunub.
Bu faktlar üzrə ümumilikdə Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən 117 fakt üzrə cinayət işinin istintaqı hazırda aparılır. Qeyd olunan faktlar üzrə onların 25 faktı narkotik vasitələrin məhz qanunsuz dövriyyəsi ilə əlaqədardır.

Ən əvvəl “patı”dan, “metanfetamin”dən bəhs etdiniz. Təbii ki, onun ucuz və asan yolla qazanc mənbəyi hesab edənlər, yəni cinayətkar ünsürlər adətən asan qazanc yolu kimi gömrük sərhədindən bu kimi malları qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd göstərirlər. Qeyd etdiyim 25 fakt üzrə 12 faktı məhz psixotrop maddələrin “patı” yəni metanfetamin qaçaqmalçılığı ilə bağlı olub. Bu ilin cari dövrü ərzində biz 214 kq-a yaxın artıq metanfetaminin qanunsuz dövriyyəsindən çıxarılmasını təmin etmişik.

190 kq həcmində metanfetaminin cəmi 1 fakt üzrə aşkar olunub götürülməsi təmin olunsa da, gömrük orqanlarının peşəkarlığı və əməliyyat-axtarış fəaliyyətinin subyekti olaraq həyata keçirdiyi tədbirlər nəticəsində, digər orqanlardan fərqli olaraq adətən çox çətin bir vəziyyətdə oluruq.

Çünki qaçaqmalçılar adətən gizlətmə üsullarını mükəmməl dərəcədə bilirlər və bəzən elə bir üsullara əl atırlar ki, hər hansı bir fiziki şəxsin və yaxud gömrükçünün gözlə görə bilməyəcəyi səviyyədə həmin narkotik və psixotrop maddələrin gizlədilməsi təmin olunur.

Belə bir deyim də var ki, qaçaqmalçılar hər zaman bir addım öndə olurlar. Amma bizim gömrük orqanları bu gün müasir texniki avadanlıqlarla təchiz olunub. Eyni zamanda risk və analizin təhlili nəticəsində əməliyyat-axtarış fəaliyyətini həyata keçirərək həmin şəxlər haqqında qabaqlayıcı məlumatları əldə edib, bu kimi qaçaqmalçı faktlarının qarşısını alırıq.

Azərbaycan Respublikasının yerləşdiyi mövqe, coğrafi vəziyyəti elədir ki, artıq dünya səviyyəsində tanınmış narkomarşurutlar üzərində yerləşirik. Qeyd etdiyim 1 ton 700 kq-a yaxın narkotik vasitəni aşkar etdiyimiz faktlara baxsaq onların əksər hissəsi Azərbaycan Respublikasından tranzit keçirilir və “heroin” narkotik vasitəsi onların içərisində daha çox üstünlük tutur. Bu narkotik vasitələrin aşkar olunması üsullarında biz təbii ki, istintaq apararaq bir çox nailiyyətlərə imza atmışıq. Misal olaraq maraq doğurur ki, bu hansı istiqamətdən gəlir? Təbii ki bu bizim cənub sərhədlərimizlə bağlıdır.

Ümumbəşəri bəla olan narkotik vasitədən danışdıqda, Əfqanıstanda onun yetişdirilərk sonradan artıq narkotik vasitənin növündən asılı olaraq digər istiqamələrdə yayılmasının şahidi oluruq. Gömrük Komitəsinin digər hüquq mühafizə orqanları ilə birgə həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hətta ölkə ərazisində bu kimi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni təmin edirik”.

Fikrət Əsgərli onu da deyib ki, təkcə cənub sərhədindən yox, hava yolundan da metanfetamin gətirilir:

“Bu çox maraqlı bir məqamdır. Mən burada fürsətdən istifadə edib əhaliyə də müraciət etmək istərdim. İnsanlar arasında bir mif də formalaşıb ki, bu metamfetamin istifadəsi xüsusən qadınların arıqlamağına kömək edir və yaxud yorğunluğu aradan qaldırır. Amma heç kim düşünmür ki, bunun sonrakı fəsadları nədən ibarət olacaq”.

Fikrət Əsgərli əlavə olaraq deyib ki, narkotik vasitələrin satışı fərqli üsullarla həyata keçirilir:

“Bildiyiniz kimi elektron ticarət çox güclü inkişaf edib. Narkoqaçaqmalçılar adətən bu yollara əl atır. Amma qeyd etdiyim ki, fürsətdən istifadə edib əhaliyə müraciət etmək istəyirəm. Kim ki, bu istiqaməti özünə asan qazanc yolu sayırsa, biz istintaq yolu ilə həmin şəxslərin də ətrafını müəyyən edib onların da məsuliyyətə cəlb olunmasını təmin edirik”.

Qeyd: Əgər narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi, satışı,daşınması, saxlanması faktı ilə rastlaşdığınız zaman dərhal DİN-nin 102 xidmətinə və yaxud Dövlət Gömrük Komitəsinin 195/6 nömrəli “Çağrı Mərkəzinə” müraciət edə bilərsiniz.(bakupost)

Daha ətraflı videomaterialda:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar