Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda minimum aylıq əməkhaqqının artırılması qiymətlərə necə təsir edəcək?

İqtisadçı-ekspert: “Minimum əmək haqqındakı artımın təsirləri həddindən çox ziddiyyətlidir”

“İlk baxışda minimum əmək haqqında edilən artım büdcəyə, işçilərə, ümumilikdə ölkə iqtisadiyyatına fayda gətirəcək kimi görünə bilər. Ancaq həqiqətdə deyə bilərəm ki, bundan yalnız büdcə fayda götürəcək, yəni, büdcənin gəlir bazasında artım olacaq”.

Bu sözləri iqtisadçı-ekspert Vüsalə Əhmədova Azərbaycanda minimum aylıq əməkhaqqının artırılmasının inflyasiyaya səbəb ola bilmə ehtimalını PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamın 1-ci hissəsi 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.

Qeyd edək ki, bundan əvvəl minimum aylıq əməkhaqqının məbləği 180 manat təşkil edib.

Həmçinin prezident bir çox sahələr üzrə dövlət qulluqçularının maaşlarının artırılması ilə bağlı da fərman verib.

Maaşlarınvə minimum əmək haqqının 40% artırılması ölkədə inflyasiyaya səbəb olacaqmı və inflyasiya gözləntilərin üstünə nə qədər çıxa bilər?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Vüsalə Əhmədovanın fikirlərini öyrənib.

Vüsalə Əhmədova: “Əmək haqqlarında heç bir artım olmayan özəl sektor işçilərinin çiyinlərinə yeni xərclər qoyulmuş olacaq”.

Minimum əmək haqqının artırılmasının yoxsulluqla ən yaxşı mübarizə üsulu olmadığını düşünən iqtisadçı-ekspert PİA.az-a açıqlamasında təklif edib ki, bu problemlə mübarizədə daha effektiv üsul yeni səmərəli iş yerlərinin yaradılması vasitəsilə əmək məhsuldarlığını yüksəltməkdir. Əmək haqqı da əmək məhsuldarlığına uyğun olmalıdır ki, iqtisadi artım tempi sürətlənsin:

“İlk baxışda minimum əmək haqqında edilən artım büdcəyə, işçilərə, ümumilikdə ölkə iqtisadiyyatına fayda gətirəcək kimi görünə bilər. Ancaq həqiqətdə deyə bilərəm ki, bundan yalnız büdcə fayda götürəcək, yəni, büdcənin gəlir bazasında artım olacaq. Gəlin etiraf edək ki, ölkədə 250 manatdan az əmək haqqı alanların sayı elə də çox deyil. Minimum əmək haqqı əsasən sahibkarlar tərəfindən əmək müqavilələrinin rəsmiləşdirilməsində istifadə edirlir. Bilirik ki, ölkədə əksər əmək müqavilələri minimum əmək haqqı məbləği ilə bağlanır. Mart ayından etibarən 180 manat ilə bağlanmış əmək müqavilələri sentyabr ayından sonra 250 manat ilə bağlanacaq. Dolayısıyla, əmək haqqlarında heç bir artım olmayan özəl sektor işçilərinin çiyinlərinə yeni xərclər qoyulmuş olacaq.

Bundan əlavə, ünvanlı dövlət sosial yardımları üzrə büdcə xərcləri də azala bilər. Bilirik ki, ünvanlı dövlət sosial yardımları dövlət tərəfindən aztəminatlı ailələrə aylıq verilən pul yardımıdır. Hansı ki, orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailələrə nəzərdə tutulur. 2019-cu il üçün ehtiyac meyarının həddi isə 143 manat müəyyən edilib. Ehtiyac meyarının həddi yüksəldilməzsə sosial yardım alanların sayında da azalma olacaq.

Vüsalə Əhmədova: “Ölkədə tələb inflyasiyasının baş verəcəyini zənn etmirəm. Daha çox, qiymətlərin yüksələcəyi ilə bağlı gözləntilərin inflyasiyaya səbəb olacağını düşünürəm”.

Bu baxımdan deyə bilərəm ki, minimum əmək haqqındakı artımın təsirləri həddindən çox ziddiyyətlidir. Bir tərəfdən, işçilərin sosial sığorta haqqlarını ödəmək üçün daha çox pul sərf etməli olan işəgötürənin xərcləri artır. Beləcə, əmək qanunvericiliyinə riayət etməyən iqtisadiyyatın qeyri-formal sektorlarına keçid üçün stimul yaranır.

Digər tərəfdən də, neoklassik nəzəriyyə çərçivəsində yanaşsaq, əgər minimum əmək haqqı məbləği balanslaşdırılmış bazar qiymətlərini aşsa əmək təklifinin dəyəri də artacaq, dolayısıyla təklif tələbi üstələyəcək. Nəticədə, işçi qüvvəsi artıqlığı, yəni işsizlik yarana bilər.

Ölkədə inflyasiya yaradan faktorlara gəlincə isə, bunlar əsasən istehsal və istehlak xərclərindəki artım, qiymətlərin yüksələcəyi ilə bağlı mövcud gözləntilər, valyuta məzənnəsindəki artım, kredit faizlərinin yüksək olması, ixracın istehsaldan daha çox olması, kənd təsərrüfatı istehsalında geriləmə və dünya bazarında bəzi malların qitmətlərində olan yüksəlmədir.

Büdcədən maliyyələşən bir sıra qurumlarda çalışanların əmək haqqlarının 40% artırılması ilk baxışda həmin insanların ümumi xərclərində artımın olacağı ilə bağlı fikirlər formalaşdırır. Ancaq, ölkədə tələb inflyasiyasının baş verəcəyini zənn etmirəm. Daha çox, qiymətlərin yüksələcəyi ilə bağlı gözləntilərin inflyasiyaya səbəb olacağını düşünürəm.

Minimum əmək haqqı səviyyəsində artım iqtisadçılar arasında kifayət qədər müzakirələrə səbəb oldu. Bir qisim çevrələrdə hətda, bununla ölkədəki mövcud sosial-iqtisadi problemlərin əksəriyyətinin həll olunacağı ilə bağlı absurd fikirlər səsləndirildi. Bəli, bir çox ölkələrdə minimum əmək haqqının artırılması “multiplikasiya effektinə” səbəb olur, yəni fərqli sektorlarda çalışan müxtəlif işçi qruplarının əmək haqqlarında artıma gətirib çıxarır. Bu müsbət tendensiyadır. Ancaq, hər bir halda minimum əmək haqqının artırılması yoxsulluqla ən yaxşı mübarizə üsulu deyil. Bu problemlə mübarizədə daha effektiv üsul yeni səmərəli iş yerlərinin yaradılması vasitəsilə əmək məhsuldarlığını yüksəltməkdir. Əmək haqqı da əmək məhsuldarlığına uyğun olmalıdır ki, iqtisadi artım tempi sürətlənsin.

Ümumiyyətlə yaxşı olardı ki, fərqli ixtisaslaşma və inkişaf səviyyəsinə görə işçilərin minimum əmək haqqı məbləğləri də fərqləndirilsin”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar