Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda məmur-oliqarx sistemi ortadan qaldırılır...

Bir neçə il müddətində ölkədə tamamilə yeni bir ictimai-siyasi mühitin formalaşdıracağı gözlənilir...

Politoloq: “Prezident ölkədə sosial ədalətin təmin edilməsi istiqamətində mübarizə aparır. Amma vəhşi kapitalizm və ona məxsus olan bölgü sistemi cəmiyyətin bütün təbəqələrini əhatə edən ədalət sisteminin bərqarar olmasına mane olmaqda davam edir”.

“Ölkədə ciddi islahatlar aparılır və oliqarx-məmur sisteminə, bu sistemin aparatına zərbə vurulur. Amma buna baxmayaraq oliqarx- məmur sistemin nəfəsi tam kəsilməyib”.

Bu sözləri politoloq Qabil Hüseynli Prezident İlham Əliyev son zamanlar yerli icra hakimiyyətlərini kəskin tənqid etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Prezident İlham Əliyev son zamanlar yerli icra hakimiyyətlərini kəskin tənqid edir. Bu tənqidlərin fonunda da gurultulu həbslər həyata keçirilir. Dünən isə parlamentin açılışında çıxış edın prezident yerli icra hakimiyyətlərini yenidən ciddi tənqid edib: “Vətəndaşlara ictimai nəzarət haqqında daim müraciət edirəm ki, bu proses yavaş gedir, hələ öyrəşməmişik. Hələ hesab edirik ki, bəli, orada hansısa icra başçısı bir ağadır, xandır, istədiyini edə bilər, insanları qul kimi işlədə bilər, insanlar da buna dözməlidirlər. Deyirəm ki, verin bu məlumatı, göndərin məktubları”.

Dövlət başçısı Prezident Administrasiyasında hazırda başqa vəziyyət olduğunu bildirib:

“İndi Prezident Administrasiyasında tam başqa bir vəziyyət var. O məktubları əvvəllər bəziləri gizlədirdilər. Əvvəllər kimdən ki, şikayət edirdilər, ona göndərirdilər. O da sonra həmin şikayətçini əzirdi orada. İndi buna son qoyulur. Düzdür, vaxt lazımdır, amma bu, artıq meyildir. Ona görə camaat da ictimai nəzarət işində daha fəal olmalıdır.

Bir çox məsələlər haqqında məlumatı əvvəllər mən mətbuatdan alırdım, mənə çatmırdı, gizlədirdilər, malalayırdılar və demək olar ki, bu, böyük çətinliklər yaradırdı. Ona görə hesab edirəm ki, hökumət üzvləri ilə daim təmas olmalıdır”.

Qeyd edək ki, prezident cəmiyyətə bu tipli çağırışları son zamanlar daha intensiv şəkildə edir. Ölkə rəhnəri soaial ədalətin bərpa olunması, xüsusən məmur sui-istifadəçiliyinin qarşısının alınması üçün davamlı olaraq cəmiyyətə müraciət edir.

Hazırkı mərhələdə aparılan islahatları necə dəyərləndirmək olar? Artıq demək olarmı ki, ölkədə məmur-oliqarx sistemi ortadan qaldırılır və sosial ədalətə dayanan yeni bir sistem qurulur?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Arzu edilən modelin bərqarar olunduğunu söyləmək çətindir”.

Ölkədə bazar iqtisadiyyatı adı altında müəyyən bir kəsimin hökmranlığının bərqarar olunduğunu düşünən politoloq PİA.az-a açıqlamasında bildirib ki, uzun illər boyu hakimiyyətdə kök atan məmurlar ölkədə sosial ədalətin bərpa olunmasına mane olmaqda davam edirlər:

“Ölkədə ciddi islahatlar aparılır və oliqarx-məmur sisteminə, bu sistemin aparatına zərbə vurulur. Amma buna baxmayaraq oliqarx- məmur sistemin nəfəsi tam kəsilməyib.

Sosial ədalət məsəsləsi çox ciddi məsələdir. Ölkədə bazar iqtisadiyyatı adı altında müəyyən bir kəsimin hökmranlığı bərqarar olunub. Onlar ölkədə sosial ədalətin bərpa olunmasına mane olmaqda davam edirlər. Uzun illər boyu hakimiyyətdə kök atan məmurlar ölkədə sosial ədaləti öldürən, ədalət prinsiplərini yox edən amilə çevriliblər. Ona görə də prezidentin son zamanlar Azərbaycan cəmiyyətinə ünvanladığı çağırışlar başa düşüləndir.

Qabil Hüseynli: “ Uzun illər boyu hakimiyyətdə kök atan məmurlar ölkədə sosial ədaləti öldürən, ədalət prinsiplərini yox edən amilə çevriliblər ”.

Prezident ölkədə sosial ədalətin təmin edilməsi istiqamətində mübarizə aparır. Amma vəhşi kapitalizm və ona məxsus olan bölgü sistemi cəmiyyətin bütün təbəqələrini əhatə edən ədalət sisteminin bərqarar olmasına mane olmaqda davam edir.

İdeal ədalət sosial sistemi yaratmaq çətin olsa da, çalışmaq lazımdır ki, əhalinin müəyyən təbəqələri üçün tam bərabərlik təmin olunmasa da, müəyyən bərabərlik olsun. Əhali hər hansı bir sosial təminat almaq üçün ciddi müqavimətə rast gəlməməlidir. Bu istiqamətdə son iki ildə prezidentin davqmlı olaraq apardığı işlər təqdirə layiqdir. Amma bütövlükdə arzu edilən modelin hazırda bərqarar olunduğunu söyləmək çətindir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar