Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda mәşğul әhalinin sayı azalıb

2020-ci il sentyabrın 1-i vəziyyətinə olan ilkin mәlumatlara әsasәn iqtisadi fәal әhalinin sayı 5 milyon 238,6 min nәfәr olub.

PİA.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, onlardan 4 milyon 884,7 min nәfәrini mәşğul әhali tәşkil edib.

Cari il avqustun 1-i vәziyyәtinә muzdla işlәyәnlәrin sayı 1 milyon 681,2 min nәfәr, o cümlәdәn iqtisadiyyatın dövlәt sektorunda 909,8 min nәfәr, qeyri-dövlәt sektorunda isә 771,4 min nәfәr tәşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 34,1 min nәfәr, qeyri-neft-qaz sektorunda isә 1 milyon 647,1 min nәfәr çalışıb.

Müәssisә vә tәşkilatlarda muzdla çalışan işçilәrin 24,9 faizi mәhsul istehsalı sahәlәrindә, o cümlәdәn 8,4 faizi tikintidә, 7,6 faizi emal sәnayesindә, 3,4 faizi kәnd tәsәrrüfatı, meşә tәsәrrüfatı vә balıqçılıq sahәlәrindә, 2 faizi mәdәnçıxarma sәnayesindә, 1,8 faizi su tәchizatı, tullantıların tәmizlәnmәsi vә emalı, 1,7 faizi elektrik enerjisi, qaz vә buxar istehsalı, bölüşdürülmәsi vә tәchizatı sahәlәri ilə mәşğul olub.

Xidmәt sahәsindә işlәyәnlәrin 19,5 faizi tәhsil, 18,2 faizi ticarәt, nәqliyyat vasitәlәrinin tәmiri, 8,1 faizi әhaliyә sәhiyyә vә sosial xidmәtlәrin göstәrilmәsi, 6,6 faizi dövlәt idarәetmәsi vә müdafiә, sosial tәminat, 4,6 faizi inzibati vә yardımçı xidmәtlәrin göstәrilmәsi, 4,5 faizi nәqliyyat vә anbar tәsәrrüfatı, 3,4 faizi peşә, elmi vә texniki fәaliyyәt, 3,3 faizi istirahәt, әylәncә vә incәsәnәt, 1,7 faizi informasiya vә rabitә, 1,7 faizi maliyyә vә sığorta fәaliyyәti, 1,4 faizi turistlәrin yerlәşdirilmәsi vә ictimai iaşә, 1,1 faizi digәr sahәlәrdә xidmәtlәrin göstәrilmәsi vә 1,0 faizi daşınmaz әmlakla әlaqәdar әmәliyyatlar sahәlәrindә çalışıblar.

Qeyd edək ki, 2019-cu il sentyabrın 1-i vəziyyətinə görə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 milyon 191,2 min nəfər olub. Onlardan 4 milyon 939,1 min nəfərini məşğul əhali təşkil edib.(oxu.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar