Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda kriminal avtoriteti güllələyən şəxs "dəlixana"ya göndərildi

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Cəlilabadda silahlı insidentdə təqsirləndirilən İlqar Həsənovun cinayət işi üzrə məhkəməsi başa çatıb...

Hakim Elxan Süleymanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ. Həsənov hadisəni anlaqsız vəziyyətdə törətdiyi üçün cinayət məsuliyyətindən azad edilib.
Onun barəsində tibbi xarakterli məcburi müalicə təyin edilib və müalicəsi Səhiyyə Nazirliyinin 1 saylı Respublika Psixiatriya Xəstəxanasına tapşırılıb.

Qeyd edək ki, hadisə silahlı insident 2018-ci il iyunun 7-də Cəlilabad rayon sakinləri arasında baş verib. Naməlum şəxslər Cəlilabad şəhər sakini, kriminal aləmdə "Şahin" kimi tanınan Şahin Həsənovun yaşadığı evin qarşısına gələrək odlu silahdan giriş qapısına və divarlarına atəş açıb və hadisə yerindən qaçaraq uzaqlaşıblar.
Cəlilabad rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirləndirilən İlqar Həsənov saxlanılıb.

Bundan başa "Şahin" kimi tanınan rayon sakini, 1961-ci il təvəllüdlü Şahin Əliqulu oğlu Həsənov, onun qardaşı Səxavət Həsənovun evində axtarış aparılıb. Axtarış zamanı "Şahin"in evində xeyli sayda silah-sursat aşkarlanıb.

Polis tərəfindən Ş. Həsənov və S. Həsənov da saxlanılıb. Saxlanılanlardan İlqar Həsənovun cinayət işinin istintaqı ayrı icraatda aparılıb.

Ona Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki daha çox şəxsi öldürməyə cəhd), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham verilib. (BakuPost)

pia.az


Etiket: məhkəmə


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar