Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda korrupsiyanın son 5 ili – Faktlar açıqlandı

"Açıq Azərbaycan" portalı "Azərbaycanda korrupsiya: son 5 il" adlı hesabat dərc edib

Hesabat hüquqşunas və iqtisadçılardan ibarət olan ekspert qrupu tərəfindən hazırlanıb.

Sənədin əsas hədəfi 2013-2018-ci illərdə Azərbaycanda korrupsiyanın vəziyyətinin praktiki aspektlərini və hökumətin beynəlxalq platformalarda götürdüyü anti-korrupsiya öhdəliklərinin icra vəziyyətini qiymətləndirməkdir.

"Azərbaycan korrupsiya səviyyəsinə görə beynəlxalq dəyərələndirmələrə əsasən, yalnız öz bölgəsində və ya keçid iqtisadiyyatlı neft-qaz ölkələri arasında deyil, bütün dünyada neqativ nümunə kimi göstərilən ölkələrdən biridir", deyə hesabatda bildirilir.

Sənəd ədliyyə sistemini, sosial sahəni, dövlət satınalmalarını və sahibkarlıq sahələrini əhatə edir.

Hesabatın tövsiyələr hissəsində deyilir ki, məhkəmələrdəki korrupsiya hallarını bütün digər sahələrdə korrupsiyanın, qanunsuzluğun yaranmasına təsir edən birbaşa amil kimi qeyd etmək olar."Hər bir sahə üzrə son 5 ildə qanunvericilikdə və praktikada korrupsiya hallarına təsir göstərən amillər təsvir olunur. Hesabatda son dövlər beynəlxaq təşkilatların müxtəlif hesabatları və həmçinin korrupsiya halları ilə bağlı etibarlı media xəbərlərindən istifadə olunub. Hazırkı hesabatda, korrupsiyanın rüşvət, nepotizm, hədiyyə vermə, mənimsəmə, nüfuzdan istifadə etmə, "geri pay alma" və digər növlərinə dair faktlar və hallar yer alır. Həmçinin hesabat kiçik korrupsiya və böyük korrupsiya, sistemli korrupsiya və qeyri-mütəşəkkil korrupsiya hallarını əhatə edir", deyə sənəddə qeyd edilir.

Ekspertlər qrupu hesab edir ki, istintaq işlərinin müəyyən qismi prokurorluq orqanlarından alınıb polis orqanlarına verilməlidir.

"Məhkəmə prossesləri açıq keçirilməlidir. Vətəndaş cəmiyyətinin ədliyyə sisteminə nəzarəti təmin edilməlidir. Vəkillər Kollegiyasına üzvlük prossesinin sadələşdirilərək, tərkibin daha da artırılması vacibdir".

Hesabatda vətəndaşların rifahını yaxşılaşdırmaq, yoxsulluq səviyyəsini azaltmaq məqsədi ilə sosial sahədə növbəti islahatlar tövsiyə olnur.

"Yaşlılıq və əllilik üzrə təqaüdlərin, təhsil və səhiyyə işçilərinin maaşlarının artırılması, icbari sığorta sisteminin yaradılması, dövlət xəstəxanalarında növbəyə durmaq üçün vahid elektron sistemin yaradılması, satınalmalar sahəsində şəffaflığa və effektivliyə nail olmaq üçün Azərbaycan rəsmilərinin öz sərvətlərini, gəlirlərini, maliyyə vəziyyətlərini açıqlamasına dair qanunveriliyin dəyişdirilməsi zəruri addım kimi dəyərləndirilir", deyə sənəddə qeyd edilir.

"Açıq Azərbaycan" portalı 2017-ci ilin iyulunda nəşrə başlayıb.

Portalın əsas hədəfi Azərbaycan vətəndaşlarını narahat edən sosial-iqtisadi problemlər, korrupsiya, hökumətin hesabatlılığı və insan hüquqları kimi problemləri peşəkar şəkildə internet istifadəçilərinə çatdırmaq və onların həlli üçün qərar qəbul edənlərə təsir göstərməkdir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar