Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda koronavirusla bağlı sevindirici durum - Rəsmi

Azərbaycanda həm ölüm hallarında, həm də yoluxma hallarının sayında azalma var. Əvvəlki iki həftə ilə müqayisədə yoluxma sayı azalıb. O cümlədən sağalanların sayı artıb.

Bu barədə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov bildirib.

İSİM-in şöbə müdiri əlavə edib ki, hazırkı durum sağalanlarla yoluxanlar arasındakı fərqi əldə etməyə imkan verib: "Bu, o deməkdir ki, bizim tibb müəssisələrində çarpayılar boşalır, artıq əlçatandır. Kimsə xəstələnərsə, onlar üçün çarpayı var, mövcuddur və daha çoxdur. Bundan əlavə modul tipli xəstəxanalar da çarpayı fonduna xeyli artım təmin edib.

Hazırda səhiyyə sistemi bu tendensiya davam edərsə, xəstələri çarpayı fondu, müalicə və müayinə ilə təmin etmək iqtidarındadır. Yumşaldılmadan sonra artım müşahidə edilməsinə baxmayaraq, Azərbaycanda artıq ikinci dəfə infeksiya tam nəzarətə götürülüb".

Qeyd edək ki, Azərbaycan ərazisində indiyə qədər 31 221 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 24 495 nəfər müalicə olunaraq sağalıb, 438 nəfər vəfat edib, 6 288 aktiv xəstənin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.(baku.ws)

pia.az 


Etiket: Koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar