Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda koronavirusdan 12 nəfərin ölməsi iddiasına - Rəsmi açıqlama

İddialara görə, Gülnar Əliyeva koronavirusdan vəfat edib...

"1987-ci il təvəllüdlü Gülnar Namaz qızı Əliyeva iki gün öncə Mərkəzi Klinik Xəstəxanada vəfat edib"

PİA.az BAKU.WS-ə istinadla xəbər verir ki, belə bir iddia ilə bəzi müxalifətyönümlü səhifələr çıxış ediblər.

İddia olunur ki, qadın bir neçə gün öncə ağciyərlərin iltihablanması diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi.

"Sədərəkdə kiçik sahibkar kimi işləyirdi. Onun obyekti Çin mallarının sıx satıldığı yerdə idi. Həkim xəstə yaxınlarına deyib ki, eyni diaqnozla artıq 12 nəfər dünyasını dəyişib.

Bu məlumat panika filan yaratmaq üçün deyil, sadəcə rəsmi orqanlar mütləq şəkildə əhalini məlumatlandırmalıdır və maarifləndirməlidir.
Xəstəlikdən maksimum qorunmanın yollarını anlatmalıdır, əlavə tədbirlər görülməlidir. Gizlətməklə nəsə etmək çıxış yolu deyil, bunu illərdir deyirik".

İddialara görə, Gülnar Əliyeva koronavirusdan vəfat edib.

Məsələyə aydınlıq gətirmək üçün Mərkəzi Klinik Xəstəxana ilə əlaqə saxladıq. Xəstəxananın baş həkimi Kamran Musayev bildirdi ki, yazılan bütün məlumatlar yalandır.

“Bütün bu xəbərlər həqiqəti əks etdirmir. Bizim xəstəxanada ölüm qeydə alınmayıb. Ümumiyyətlə, bizim xəstəxanaya Gülnar Namaz qızı Əliyeva adlı xəstə daxil olmayıb”, - deyə Kamran Musayev bildirib.

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyindən isə bildirdilər ki, Azərbaycanda koronavirusa yoluxma halı qeydə alınmayıb və bu diaqnoz heç kimə qoyulmayıb

pia.az


Etiket: koronavirus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

“Golden Boy” nominantları açıqlandı: Siyahıda üç türkiyəli futbolçu var

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar