Çərşənbə, 25 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycanda koronavirusa yoluxma statistikasında dalğalanma hansı səbəbdən baş verir?

Azərbaycanda son günlər koronavirusla bağlı yoluxma statistikasında dalğavari dəyişmə ondan xəbər verir ki, virus hələ də aktivdir, patogendir, insanları yoluxdurmaqda davam edir.

PİA.az xəbər verir ki, bunu REAL TV-yə müsahibəsində Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun elmi katibi, pulmonoloq Gülzar Əliyeva bildirib. O qeyd edib ki, yoluxma faktı həm də insanların klinikaya hansı zaman müraciət etməsindən, analizlərin götürülmə vaxtından asılıdır.

Həkimin sözlərinə görə, əslində son günlər virusa yeni yoluxma sayı bizim əhali üçün böyük rəqəm sayıla bilər:

“Əgər dövlət tərəfindən qabaqlayıcı tədbirlər görülməsəydi, bu rəqəm daha da çox ola bilərdi. Hazırda təkcə bizim ölkəmizdə deyil, bütün dünyada virusa yoluxma sayında artım müşahidə olunur. Bəzi insanların şüuru çox yüksəkdir, ailələrinə, özlərinə diqqətlidirlər, qoyulan qaydalara əməl edirlər. Qaydalar da çox sadədir: əllərin gigiyenası, maska taxmaq, havada olmaq, sosial məsafə saxlamaq və sair. Təəssüf ki, bəzi insanlar buna əməl etmirlər, bu faktlara inamsız yanaşırlar. Nə qədər qadağalar qoyulsa da, ad günləri, yas mərasimləri keçirirlər, qapalı məkanlarda toplaşırlar. Nəticədə daha çox yoluxma olur”.

G. Əliyeva vurğulayıb ki, bu virusun ən böyük aqressivliyi ondan ibarətdir ki, insan yoluxduğu andan xəstəliyin özünü biruzə verən anınadək də yoluxucu ola bilər.(Trend)

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Ramiz Mehdiyevin vəzifədən azad etdiyi Sevil Zülfüqarova: “AMEA-da cinayətləri aşkarladım, işdən qovdular”

Silahsız azərbaycanlıların Xankəndinə gedən yolda görünməsi erməniləri qorxutdu

Sabahdan Sotk-Kəlbəcər yolu bağlanacaq - Ermənistan KİV

Erməni komandir: “Yenə müharibə olacaq” – Video

Sonuncu erməni Kəlbəcəri belə tərk etdi - Video

Əsabil Qasımov ermənilərə “Karmen” unu göndərir? – Foto

Anna Akopyanı güllələnmiş birinci xanımla müqayisə etdilər – Paşinyana gizli mesaj

Azərbaycan ordusu Laçına daxil olur - Döyüşlərdən şok video

Bayraktar TB2 Rusiyanın nəbzini bu dəfə Krımda yoxladı: Rus HHM sistemləri yenə “lax” çıxdı

loading...

Ən çox oxunanalar