Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda koronavirusa yoluxan vəzifəli şəxs və oğlu ilə bağlı rəsmi açıqlama

Cəlilabad Rayon İcra Hakimiyyəti icra başçısının müavini Alıcı Dilavərovun koronavirusa yoluxması ilə əlaqədar yayılan məlumat barədə açıqlama yayıb.

Məlumatda bildirilir:

"Sosial şəbəkələrdə Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Alıcı Dilavərovun koronavirusa yoluxması ilə əlaqədar qarayaxma kampaniyasına başlanılıb.

Məsələnin mahiyyətindən xəbəri olmayanlar guya Alıcı Dilavərovun Türkiyədən gəlmiş oğlunu karantindən çıxararaq, ad günü keçirdiyini və bunun nəticəsində çoxlu insanın koronavirusa yoluxduğunu iddia edirlər.

Tam məsuliyyətlə bildiririk ki, bütün bunlar reallıqdan uzaq, qərəzli və böhtan xarakterlidir.

Belə ki, Alıcı Dilavərovun iki oğlundan heç biri nəinki Türkiyə Respublikasına, hətta digər xarici ölkələrə heç vaxt getməyiblər. Araşdırma zamanı onların xarici pasportlarının belə olmadığı müəyyənləşdirilib.

Əslində, Alıcı Dilavərov öz vəzifə funksiyasını yerinə yetirərək, karantin rejimi dövründə əhali ilə sıx təmasda olub, onları maarifləndirib və karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırıb.

Həmçinin o, xarici ölkələrdən gətirilərək, rayon mərkəzi xəstəxanasında karantinə alınan vətəndaşların problemləri ilə tanış olmaq üçün mütəmadi şəkildə onlarla görüşüb və problemlərinin aradan qaldırılmasına müvafiq kömək göstərib. Ola bilsin ki, onun koronavirus xəstəliyinə yoluxması həmin proseslə əlaqədardır.

Əlavə olaraq bildiririk ki, rayon icra hakimiyyəti Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqlarına müvafiq olaraq koronavirusa qarşı mübarizənin gücləndirilməsi üçün bütün zəruri tədbirləri görür, əhali arasında izahat işlərinin aparılmasına, yaşayış məntəqələrinin dezinfeksiya olunmasına, karantin tədbirlərinin tələblərinə əməl olunmasına prioritet məsələ kimi baxır".

pia.az


Etiket: Virus


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar