Türkiyənin "Haber Global" televiziyasının müxbiri Osman Girgin Azərbaycanda koronavirusa yoluxub.
Yenisabah.az xəbər verir ki, ermənilərin Gəncədə törətdikləri terror hadisəsini kanalın canlı yayımında bütün dünyaya çatdıran və səhərə qədər ərazidə olan jurnalist təəssüf ki, koronavirusa yoluxub.
Hazırda Bakıda koronavirusdan müalicə alan və səhhəti normallaşan jurnalistə həkimlər sürpriz edib. Onlar Osman Girginin doğum gününü təbrik ediblər.
Həmin görüntüləri təqdim edirik:
pia.az