Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda koronavirusa yoluxan analardan doğulan körpələrdə virus aşkarlanmayıb

Araşdırmalara görə, COVID-19-a yoluxmuş analardan doğulan heç bir körpənin COVID-19 testi müsbət nəticələnməyib...

"Hazırda hamilə qadınların COVID-19 xəstəliyinə yoluxan insanların içərisində hansı nisbətdə olduğu dəqiq müəyyən edilməyib. Lakin hamilə qadınlar və süd verən analar ümumi əhalinin riayət etdiyi sanitariya-gigiyena qaydalarına əməl etməklə virus və infeksiyalara, eləcə də COVID-19 xəstəliyinə yoluxma riskini minimuma endirə bilər".

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Elmi-tədqiqat və risklərin qiymətləndirilməsi şöbəsinin Biomühəndislik araşdırmaları sektorunun mütəxəssislərinin “Hamiləlik və laktasiya dövründə COVID-19 riski ” mövzusunda hazırladıqları elmi məqalədə qeyd olunub.

Bildirilib ki, hamilələr də öskürən zaman əlləri ilə ağızlarını örtməli, xəstə insanlardan mümkün qədər çox, azı 1,5 - 2 metr sosial məsafə saxlamalı, əlləri sabun və alkoqol əsaslı təmizləyici vasitələrdən istifadə edərək müntəzəm yuyub təmizləməlidirlər.

Araşdırmalara görə, COVID-19-a yoluxmuş analardan doğulan heç bir körpənin COVID-19 testi müsbət nəticələnməyib. Az sayda olan bu hallarda virusa nə amniotik maye, nə də ana südü nümunələrində rast gəlinməyib. Amma COVID-19 virusunun hamilə qadından hamiləlik və ya doğuş zamanı dölə və ya körpəyə ötürülmə ehtimalı hələ elmə tam olaraq məlum deyil.

Hazırkı məlumatlara əsasən, hamiləlik dövründə COVID-19-a müsbət nəticəsi olan analardan doğulan körpələrdə hamiləlik və ya doğuş (məsələn, vaxtından əvvəl doğuş) ilə əlaqədar az sayda problem yaşanıb. Ancaq bu halların ananın yoluxduğu virus infeksiyası ilə əlaqəli olub olmadığı aydın deyil.

Xüsusi nəzərə alınmalı məqamlardan biri də yoluxmuş ananın körpəsini ana südü ilə qidalandırmasıdır. Ana südü müxtəlif xəstəliklərə qarşı körpəni qoruyur. Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC- Centers for Disease Control and Prevention) digər bənzər viruslarla (SARS-CoV və MERS-CoV) yoluxma zamanı körpələrin südlə qidalandırılmasına dair xüsusi tədbirlər planı təklif etməyib. Həmçinin, COVID-19 xəstəliyinin törədicisinin ana südünə, dolayısı ilə körpəyə necə təsir etdiyi hələlik məlum deyil.

Süd verən ana öz həkimi və ailə üzvləri ilə məsləhətləşdikdən sonra süd verməyə davam edəcəyinə və ya saxlayacağına qərar verməlidir. COVID-19 diaqnozu qoyulmuş və ya xəstəliyin simptomlarını daşıyan analar virusun körpəyə yoluxmasının qarşısını almaq üçün bütün təhlükəsizlik qaydalarına əməl etməlidir. Belə ki, körpələrə toxunmadan öncə əllərin yuyulması və maska taxılması olduqca vacibdir. Ana övladını əmzik başlıqlı butulka ilə qidalandırırsa, əlləri yumadan öncə butulkanın heç bir hissəsinə toxunmamalıdır.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Ən çox oxunanalar