Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərbaycanda kartel sövdələşmələri bir çox məsələlərdə öz əksini tapır” - Eyyub Hüseynov

Azad İstehlakçılar Birliyinin sədri: “Çox təəssüf ki, Nazirlər Kabineti yuxuluyur və prezidentin fərmanına əsasən yeni Agentliyi yaratmır”

“Mən dəfələrlə daxili bazarda olan anormal halları, kartel sövdələşmələri barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi mlumatlar vermişəm, yerlərini göstərmişəm”.

Bu sözləri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycanda monopoliyaya qarşı mübarizə aparan Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti qurumunun fəaliyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Azərbaycan Respublikası Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə dövlət başçısı İlham Əliyev bildirib ki, inflyasiyanın aşağı səviyyədə olmasına baxmayaraq bəzi hallarda süni qiymət artımı da müşahidə olunur. Prezident müvafiq qurumların bu məsələ ilə ciddi məşğul olmasının gərəkdiyini vurğulayıb.

Prezident qeyd edib ki, süni qiymət artımına yol vermək olmaz: “Mənə məlumat verilən kimi, dərhal göstərişlər verilir. Yəni, istehlak bazarına daim nəzarət olmalıdır. Çünki burada kartel sövdələşmələri də istisna deyil. Əlbəttə ki, biz süni qiymət artımına yol verə bilmərik. Çox ciddi nəzarət mexanizmi olmalıdır. Bu sahə daim diqqət mərkəzində olmalıdır”.

Azərbaycanda monopoliyaya qarşı mübarizə aparan qurum Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətidir. Bu qurumun monopoliyaya qarşı faəliyyətini necə dəyərləndirmək olar?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərin öyrənib.

Eyyub Hüseynov: “Bəzən Agentliyin aparıcı işçiləri məni biznesə maneçilik etməkdə günahlandırırlar. Halbuki həmin yerlərdə dövlət büdcəsinə pul ödəmədən, müəyyən sertifikatlaşmadan keçməyən mallar satırlar”.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ölkə prezidentinin il yarım bundan əvvəl imzaladığı fərmanla ləğv edildiyini xatırladan Azad İstehlakçılar Birliyinin sədri PİA.az-a açıqlamasında bildirib ki, bu qurumun yerinə yeni agentlik yaradılmalıdır. Çox təəssüf ki, Nazirlər Kabineti yuxuluyur və prezidentin fərmanına əsasən yeni Agentliyi yaratmır:

“Cənab Prezident Nazirlə Kabinetinin iclaslarında bazarda kartel sövdələşmələrinin, monopoliyanın olması haqqında dəfələrlə fikir söyləyib. Dövlət başçısı dünən Sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə də bu barədə danışıb. Lakin prezidentin hər bir fikri insanlar üçün çox əhəmiyyətli olsa da, müvafiq dövlət orqanları və cəmiyyətin aparıcı hissəsi həmin fikirlərə effektli dəstək verə bilmir. Buna görə də yaranmış vəziyyətə görə bizim çox böyük günahımız var.

Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 9 mərtəbəli binada oturub. Bir nəfər istehlakçı onların karikaturasını çəkib gətirib mənə gətirmişdi. Həmin karikaturada Xidmətin işçiləri başlarını pəncərədən çıxarıb hamıya deyirlər ki, məhkəməyə gedin. Yəni onlar öz vəzifələrinin öhdəsindən gəlmirlər. Bazarda normal iş aparmırlar. Mən dəfələrlə daxili bazarda olan anormal halları, kartel sövdələşmələri barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi məlumatlar vermişəm, yerlərini göstərmişəm. Sonuncu məlumatım qaçaqmal parfumeriya malları və dərman preparatları ilə bağlı olub. Bəzən Agentliyin aparıcı işçiləri məni biznesə maneçilik etməkdə günahlandırırlar. Halbuki həmin yerlərdə dövlət büdcəsinə pul ödəmədən, müəyyən sertifikatlaşmadan keçməyən mallar satırlar.

Əlbəttə, Azərbaycanda kartel sövdələşməsi bir çox məsələlərdə öz əksini tapır. Ölkə Prezidenti tərəfindən nə qədər bazarın liberallaşması işi aparılsa da, qiymətlərin razılaşdırılmış əsasda qoyulmasının şahidi oluruq. Axır dövlət məcbur oldu dərmanların qiymətində nizamlama apardı.

Eyyub Hüseynov: “Prezident tərəfindən daxili bazarın liberallaşması işi davamlı olaraq aparılsa da, qiymətlərin razılaşdırılmış əsasda peyda olmasının şahidi oluruq”.

Onu da qeyd edim ki, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ölkə prezidentinin il yarım bundan öncə imzaladığı fərmanla ləğv edilib. Bu qurumun yerinə yeni agentlik yaradılmalıdır. Çox təəssüf ki, Nazirlər Kabineti yuxuluyur və o agentliyi yaratmır.

Azad İstehlakçılar Birliyi istəyir ki, effektli işləyən dövlət partnyoru olsun. Biz adı çəkilən dövlət qurumunun simasında effektli işləyən partnyor tapa bilmirik. Ümid edirik ki, yeni yaradılan agentlik bizim effektli işləyən dövlət partnyorumuz olacaq”.

Onu da qeyd edim ki, kənd təsərrüfatı mallarının baha olmasında bir çox amillər rol oynadığı kimi, “Meyvəli” topdansatış Mərkəzində də liberal sövdələşmənin olmaması da az rol oynamır. “Meyvəli” topdansatış Mərkəzind liberal sövdələşmə əlamətləri çox az görünür.

Müxtəlif yerlərdə eyni xassəli, eyni keyfiyyətli mal müxtəlif qiymətə satılır. Bu isə kartel sövdələşməsinin mövcudluğundan xəbər verir”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

Paşinyandan növbədənkənar seçki ilə bağlı açıqlama

Paytaxt sakinini həkim yox, texniki işçi əməliyyat edib? - Ağılasığmaz iddia

Dünyada cəmi beş ədəd olan avtomobildən biri satışa çıxarılıb - Foto

Azərbaycanda ucuzlaşan ərzaq məhsulları hansılardır? - Video

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

“Mercedes”lərdə problem aşkarlandı: 260 mindən çox avtomobil geri çağırılır

Ən çox oxunanalar