Bazar, 29 Noyabr 2020
USD : 1.7
EUR : 1.8724
Hava
+16 ° Baku
+8 ° Quba
+8 ° Qusar
+16 ° Gəncə
+11 ° Lənkəran
+18 ° Naxçıvan
+12 ° Salyan
+16 ° Şəki

Azərbaycanda karantin rejimi daha da sərtləşdirilə bilər

Dünya artıq bir ilə yaxındır ki, koronavirus kabusundan əziyyət çəkir. COVİD-19-a dünyada yoluxanların sayı 43 milyonu ötüb. Bu virusdan ölənlər 1 milyon 150 mindən çoxdur. Hələ ki vaksini tapılmasa da, müxtəlif üsullarla immuniteti gücləndirib, orqanizmin virusa qalib gəlməsinə şərait yaradılır və bütün bunların nəticəsində artıq 31 milyon 934 mindən çox adam koronavirusdan yaxa qurtara bilib.

Məlum olduğu kimi, yeni növ koronavirus dünyaya Çindən yayıldı. Bir zamanlar kornavirusa yoluxmanın qeydə alındığı ölkələrin sırasında ilk yerdə olan Çin hazırda bu cədvəldə 54-cü yerdədir. Ötən sutka ərzində Çində cəmi 15 nəfər koronavirusa yoluxub. Ölən isə yoxdur.

Bir çox ölkələr hesab edirlər ki, Çin həqiqi sayı gizlədir. Lakin Çin bildirir ki, onlar koronavirusa çoxdan qalib gəliblər.

Hazırda dünyada gündəlik yoluxma sayı 400-450 min arasındadır. Koronavirusdan günlük ölüm sayı isə 4500 nəfərdən bir qədər artıqdır. Göstərici olduqca yüksək hesab edilir. Lakin bunun mövsümü səbəblərlə bağlı olduğu bildirilir ki, bu barədə ötən sayımızda geniş məlumat vermişik. Vaksinə gəlincə isə qeyd edək ki, bir çox ölkələrdə, xüsusilə İsrail və Amerikada noyabrın ilk həftəsində peyvəndlərin sınaqdan keçirilməsinə başlanacaq. Bu barədə həmin ölkələrin yerli qurumları məlumat yayıblar.

Bəs Azərbaycanda durum necədir?

Azərbaycanda son bir neçə gündə koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Yoluxanların sayı 900-ü ötüb. Vətən savaşının getdiyi bir zamanda hər kəs Qarabağı, hərbçilərimizi, qələbəni düşünür. Hər gün aldığımız qələbə xəbərləri qalan hər bir şeyi ikinci plana keçirib. Lakin bu ifadələr dövlətin tədbirlərinə aid deyil. Azərbaycan dövləti savaş cəbhəsində irəlilədiyi, planlı addımlar atdığı kimi, koronavirus cəbhəsində də ehtiyatı əldən vermir. Bunun nəticəsidir ki, bir çox şəhərlərə giriş-çıxış bağlanılıb, karantin rejimi sərtləşdirilib. Ölkə ərazisində mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, son günlər Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala rayonları və Mingəçevir şəhərində yüksək yoluxma faktları aşkar olunub. Qeyd edilən bölgələrdə operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, eləcə də yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla giriş-çıxış dayandırılıb.

Məlum olduğu kimi, Bakıda metronun fəaliyyəti dayandırılıb. Avtobuslarda isə insanların maskadan istifadə etmələri nəzarət altındadır. Mağaza və aptektlərdə, iri supermarketlərdə də müştərilərin tibbi maskadan istifadə etmələri tələb edilir.

Bəs Bakıda karantin rejimi bir qədər də sərtləşdirilə bilərmi?

Mövzu ilə bağlı “Yeni Müsavat”a danışan infeksionistlər hesab edirlər ki, mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə əsasən, ehtiyac olduğu təqdirdə Bakıda yenidən karantin rejimi sərtləşdirilə bilər. Lakin əksər ekspertlər hesab edirlər ki, insanlar qaydalara əməl etsələr ilin sonuna qədər yoluxma kəskin şəkildə aşağı düşə bilər. Bunun üçün isə qaydalara əməl edilməlidir.

“Koronavirusa yoluxma bu cür davam edərsə, SMS-icazə sistemi və digər sərt tədbirlər yenidən tətbiq edilə bilər. Çünki artıq belə bir zərurət yaranıb”.

Bu fikri isə Axar.az saytına açıqlamasında professor Adil Qeybulla deyib. O hesab edir ki, yoluxmanın bu cür artmasının əsas səbəbi ictimai nəqliyyatdakı problemlərdir:

“Sərt tədbirlər üçün artıq zərurət yaranıb. İnsanların yoluxması bu cür davam etsə, xəstəxanalarda yer olmayacaq və bəziləri məcburi ambulator müalicəyə keçiriləcək. Bütün bunlar hamısı ciddi məsələdir və hazırda müharibə şəraitində belə bir hal əlavə yükdür. Bu hal ön cəbhəyə keçsə, böyük təhlükə yarana bilər. Buna görə də yoluxmanın qarşısını almaq üçün ən sərt tədbirlər tətbiq edilə bilər və bunu normal qarşılamaq lazımdır. Bu yaranmış situasiyaya son vaxtlar cəbhədə baş verən məsələlər də təsir edib, küçədə, avtobusda, insanların kütləvi toplaşdığı yerlərdə maskasız gəzənlər çoxdur. Bunların hamısı məsuliyyətsizlik nümayişidir. Bütün bunların nəticəsini indi biz yaşayırıq”.

Qeyd edək ki, 25 oktyabrda Azərbaycanda rekord sayda - 946 yoluxma qeydə alınıb.

pia.az


Etiket:


Digərxəbərlər

Prezident İlham Əliyev xalqa yenə çağırış etdi

“Əli Həsənovun qudası oğurladığı milyardlardan bir neçə milyonunu xalqa ayırmalıdır” - Aslan İsmayıliv

Populyar xəbərlər

Kəlbəcərin qızıl yataqları hələ işğaldadır - Ermənilər yataqları qaytarmağı böyük fəlakət sayır...

Korotçenko Paşinyanın Moskvadan nə istəyəcəyindən danışdı

Moskva ümidləri doğrultmadı: Ərdoğan Qərblə münasibətləri yaxşılaşdıracaq

Ermənilərin yaşadığı evdən Aygün Kazımovanın şəkli çıxdı - Foto

“Rus sülhməramlıları Qarabağda 5 il qalası deyil”...

Azərbaycanda tanınmış vəkil koronavirusdan ölüb  

Erməni polkovnik-leytenant Naftalanda müalicə olunur - Əsir deyil...

“Laçının boşaldılmasından sonra bu məsələlər gündəmə gələcək” – rusiyalı analitik

Mina partlayışı nəticəsində həlak olanlar bir ailənin üzvləridirlər

Azərbaycandan Zod qızıl yatağı ilə bağlı ilk rəsmi açıqlama

loading...

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay