Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda istehsal olunan dronlara xaricdən ilk sifarişlər alınıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında istehsal edilən dronlarla (pilotsuz uçuş aparatı) bağlı ilk dəfə olaraq artıq xarici ölkələrdən də sifarişlər alınıb

Bunu AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev söyləyib.

Onun sözlərinə görə, Azərbaycanda həm mülki, həm də ölkənin hərbi qüdrətini artırmaq məqsədilə müxtəlif növ dronlar istehsal olunur. Bu dronlar həm keyfiyyətinə, həm də parametrlərinə görə xaricdən alınan dronlardan yüksəkdir, unikal sistemlərdir. Artıq Azərbaycanda istehsalı olunan dronlar ölkə bazarı üçün deyil, həmçinin xarici bazarlar üçün də əhəmiyyətlidir.

Qeyd edək ki, 2016-cı ildən fəaliyyətə başlayan AMEA-nın Yüksək Texnologiyalar Parkı elektronika, avtomatika, proqram təminatı, müdafiə və mülki təyinatlı aparatlar, dronlar və digər elektron cihazların istehsalı ilə məşğul olur. (AzərTAc)

pia.az


Etiket: dronlar sifariş

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar