Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda işsizlərin sayı bir ay müddətində iki dəfə necə artdı?

Müqaviləsiz olaraq kölgə iqtisadiyyatda çalışanları da çıxarsaq, Azərbaycanda qeyri rəsmi və rəsmi işsizlərin birlikdə sayı əmək qabiliyyətli əhalinin neçə faizini təşkil edir?...

İqtisadçı: “İşsizlərin qeydiyyata alınması qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə tanış oldum. Qərarda gərəksiz olduğunu düşündüyüm bəzi müddəalar var”.

“İşsizlərin sayı ilə bağlı dövlət qurumları tərəfindən açıqlanan rəqəmlər demək olar ki, həqiqəti əks etdirmir. İş tapacağına ümidi olmadığı üçün iş axtarmağı dayandıranlar, mövsümlük işlərdə işləyənlər, evdar qadınlar, təqaüdçülər, işləməyə hazır olan tələbələr və ya əlillər və ya günəmuzd işləyənlər və minlərlə bu kimi insanlar işsizlər kateqoriyasına daxil edilmir”.

Bu sözləri iqtisadçı Vüsalə Əhmədova koronavirus epidemiyasının Azərbaycanda işsizlik məsələsidəki qeyri müəyyənliyi yenidən gündəmə gətirməsini PİA.az-a şərh edərkən qeyd edib.

Koronavirus epidemiyası Azərbaycanda işsizlik məsələsidəki qeyri müəyyənliyi yenidən gündəmə gətirib və son günlərdə işsizlərin sayı ilə bağlı müəmmalar ortaya çıxmaqdadır. Mart ayının 1-nə olan rəsmi məlumata görə Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan 90 min 779 nəfər olub.

Koronavirus pandemiyasına qarşı Nazirlər Kabinetinin hazırladığı Tədbirlər Planında isə bu rəqəm 200 min olaraq göstərilir. Birdən birə işsizlərin 110 min nəfər artmasını necə izah etmək olar? Ümumiyyətlə, müqaviləsiz olaraq kölgə iqtisadiyyatda çalışanları da çıxarsaq, Azərbaycanda qeyri rəsmi və rəsmi işsizlərin birlikdə sayı əmək qabiliyyətli əhalinin neçə faizini təşkil edir?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadiçı Vüsalə Əhmədova ilə müzakirə edib.

Vüsalə Əhmədova: “Ölkəmizdə iş tapacaqlarına ümidi olmayan insanlardan məşğulluq xidmətinə etdikləri müraciətlərini hər ay yeniləmələrini necə gözləyə bilərik?”.

COVID-19 pandemiyasının iqtisadi zərərlərini minimuma endirmək üçün hökumətin Tədbirlər Planı hazırladığını nəzərə çatdıran iqtisadçı PİA.az-a açıqlamasında əlavə edib ki, insanlar heç bir yerə getmədən evlərindən internet vasitəsilə qeydiyyatdan keçə bilirlər. Epidemiya başladıqdan sonra işsizlərin sayının birdən birə artmasının səbəbini bununla izah etmək olar:

“Xatırlayırsınızsa, 2020-ci ilin yanvar ayının 1-nə olan məlumatlarda məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsizlərin sayının 81,3 min nəfər təşkil etdiyi bildirilmişdi. Bir şəxsin işsiz sayılması üçün son bir ayda Dövlət Məşğulluq Xidmətinə müraciət etmiş olması tələb olunur. Əks halda şəxs işsiz kateqoriyasına daxil edilmir. Ölkəmizdə iş tapacaqlarına ümidi olmayan insanlardan məşğulluq xidmətinə etdikləri müraciətlərini hər ay yeniləmələrini necə gözləyə bilərik? Zatən xidmət tərəfindən bu şəxslərə geri dönüş olunmur.

O cümlədən, Dövlət Statistika Komitəsi işsizlərin sayını sorğu əsasında hazırlayır ki, bu zaman da hər şəhər və rayondan əhalinin cəmi 1%-i sorğuya cəlb edilir. Bu səbəbdən də işsizlərin sayı ilə bağlı dövlət qurumları tərəfindən açıqlanan rəqəmlər demək olar ki, həqiqəti əks etdirmir. İş tapacağına ümidi olmadığı üçün iş axtarmağı dayandıranlar, mövsümlük işlərdə işləyənlər, evdar qadınlar, təqaüdçülər, işləməyə hazır olan tələbələr və ya əlillər və ya günəmuzd işləyənlər və minlərlə bu kimi insanlar işsizlər kateqoriyasına daxil edilmir.

Vüsalə Əhmədova: “Dövlət Statistika Komitəsi işsizlərin sayını sorğu əsasında hazırlayır ki, bu zaman da hər şəhər və rayondan əhalinin cəmi 1%-i sorğuya cəlb edilir”.

Bilirsiz ki, COVID-19 pandemiyasının iqtisadi zərərlərini minimuma endirmək üçün hökumət Tədbirlər Planı hazırladı. Planda bu ilin aprel və may ayları üzrə işsiz əhaliyə 190 manat həcmində birdəfəlik ödəniş veriləcəyi nəzərdə tutulub. Müavinəti yalnız Dövlət Məşğulluq Xidmətində işsiz kimi qeydiyyata düşmüş şəxslər ala biləcək. Bunun üçün hazırda “online” qaydada qeydiyyat aparılır. Yəni əvvəl olduğu kimi məşğulluq xidmətinə birbaşa gedərək qeydiyyata düşmək tələb olunmur. İnsanlar heç bir yerə getmədən evlərindən internet vasitəsilə qeydiyyatdan keçə bilirlər. İşsizlərin sayının birdən birə artmasının səbəbini bununla izah edərdim.

İşsizlərin qeydiyyata alınması qaydalarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə tanış oldum. Qərarda gərəksiz olduğunu düşündüyüm bəzi müddəalar var. Məsələn, məşğulluq mərkəzində qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində münasib iş axtarmaq məqsədi ilə üzrsüz səbəbdən şəhər, rayon məşğulluq mərkəzinə gəlməyənlərin və ya bu müddət ərzində təklif edilən iki münasib işdən imtina edənlərin, ilk dəfə iş axtaranların, azadlıqdan məhrumetmə cəzası çəkənlərin, muzdla işləyənlərin, fərdi əmək fəaliyyəti ilə məşğul olanların, mülkiyyətində torpaq payı olanların və s. işsiz sayıla bilməyəcəyi bildirilir. Bütün bu kimi hallar işsizlərin sayı ilə bağlı həqiqi rəqəmlərin ortaya çıxmasına əngəl olur”.

Nərminə UMUDLU
pia.az

 

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar