Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda işsizlər necə “yoxa çıxır”?

Dövlət Statistika Komitəsinin (DSK) son hesabatına görə, bu ilin 1 may tarixinə qədər işsizlərin sayı 298 min nəfər təşkil edib... 

Bu da dövlət başçısının qərarı ilə aprel-may aylarında birdəfəlik ödəmə alan işsizlərin sayının 600 min nəfərə çatdırılması zamanı məlum olub. Bəs, görəsən aprel ayında DSK işsizliyin səviyyəsini nəyə görə iki dəfə artırmış oldu?

Xatırladaq ki, ötən ayın ilk günlərində Azərbaycan Prezidenti İlham Əliyev, COVID-19 ilə əlaqədar sosial tədbirlər çərçivəsində dövlətdən birdəfəlik maddi yardım alacaq işsizlərin sayını 3 dəfə – 600 min nəfərə qədər artırmağı əmr etmişdi. Məlum olub ki, ölkədə dövlət başçısının qərarı ilə 600 min insanın işsizlik müavinəti ödənilir və statistika birdən onların sayını yarıya qədər endirir. Necə və nəyə əsasən? Bəs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən qeydiyyata alınan 300 mindən çox işsiz hara yoxa çıxdı?
AYNA-ya şərhində iqtisadçı-ekspert Nemət Əliyevin dediyinə görə, Prezidentin göstərişi onun deməyə əsas verir ki, 600 min nəfər işsizin olması dövlət başçısı səviyyəsində rəsmi olaraq tanınıb: “Hökumət səviyyəsində iki ay ərzində onlara 190 manat birdəfəlik ödəmə verilməsi qərara alındı. İşsizlər ordusunun kütləvi axını səbəbindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron qeydiyyat sisteminin bu ilin aprelində necə çökdüyünü hamımız xatırlayırıq. Bundan əlavə, bu ödəmələrin məqsədi, ehtiyacı olanlara pul verilməməsinin səbəbləri barədə lətifələr də dolaşır. İşsizlər ordusunun qeydiyyatı bütün ölkəni şoka saldı, amma ƏƏSMN-in hesabatlarını hələ də görməmişik”.

Qeyd edək ki, ƏƏSMN-in rəsmi məlumatına görə, 1 may 2020-ci il tarixinə qədər ölkədə 5197,2 minə qədər iqtisadi fəal insan var ki, bunun da 4899,4 min nəfəri iş yerlərinə sahibdir. Rəsmi statistikaya görə, işsizlərin sayı 298,000 (5197.2 – 4899.4) nəfərdir.(ayna)

pia.az 


Etiket: İşsizlik


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Ən çox oxunanalar