Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda işlərin evdən idarə olunması sisteminin tətbiqinə başlanılır

İş rejimində əsaslı dəyişikliklər edilib...

Nazirlər Kabineti yanında operativ qərargahın ölkədə mövcud durumla bağlı aldığı qərarları rəhbər tutaraq, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində də iş rejimində əsaslı dəyişikliklər edilib.

Bu barədə Dövlət Agentliyindən məlumat verilib.

Dövlət Agentliyinin və tabeliyində olan qurumların ("İnnovasiyalar Mərkəzi", "Elektron Hökumətin İnkişafı Mərkəzi", "ABAD") əməkdaşlarının sağlamlığına olan təhlükənin aradan qaldırılması və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri nəzərə alınmaqla “işlərin evdən idarə olunması” (work from home) sisteminin tətbiqi reallaşdırılıb. Belə ki, Dövlət Agentliyinin daxilində yaradılmış “Böhran qrupu”nun nəzarəti altında "Məişət şəraitində iş rejimi üzrə Təlimat" hazırlanıb və əməkdaşların həmin Təlimatla tanışlığı təmin edilib.

Əməkdaşlar evdən işin təmin edilməsi məqsədilə hazırlanmış Təlimatı yerinə yetirməklə iş prosesini əvvəlki qaydada həyata keçirə bilərlər. Koronavirus pandemiyasına qarşı təhlükəsizliyin təmin edilməsi məqsədilə "Google", "Microsoft", "Twitter", "Apple", "Amazon" kimi nəhəng şirkətlərdə də tətbiq olunan bu model böhran şəraitlərində işin effektivliyini təmin edir. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

 Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bilindi  - Yenilənib

Vəfat edən Hadı Rəcəblinin oğlu: “Hazırda aeroportdayam”

Qazaxa hökm edən oliqarx: Məmməd Alıyev... - Video

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ən çox oxunanalar