Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda iqtisadi artım 2019-cu ildə 2,7 faizə çatacaq - Real proqnoz?..

2018-ci ildə Azərbaycanın iqtisadi artım tempi 1,4% olub. 2019-cu ildə iqtisadi artımın təqribən iki dəfə artması əsasən hansı sahələr üzrə baş verir və bu artımda qeyri-neft sektorunun payı təqribən nə qədər olar?..

İqtisadçı: “Beynəlxalq Valyuta Fondunun Azərbaycan iqtisadiyyatı ilə bağlı müsbət rəyi sevindiricidir”.

“2019-cu ildə artımın 2018-ci ilə nisbətən iki dəfəyə yaxın artıq olacağının əsası 2018-ci ildən bəri iqtisadi sahədə atılmış müsbət addımların nəticəsidi”.

Bu sözləri iqtisadçı İlham Əzizov Beynəlxalq Valyuta Fondunun 2019-cu il üçün Azərbaycan iqtisadiyyatı ilə bağlı verdiyi proqnozları PİA.az-a şərh edərkən qeyd edib.

Beynəlxalq Valyuta Fondunun sentyabrın 6-da qurumun İcraiyyə Şurası ilə Azərbaycan hökuməti arasında IV maddəyə dair məsləhətləşmələrdən sonra yayılan materiallarında bildirilib ki, Azərbaycanda iqtisadi artım karbohidrogen hasilatının artması və xərclər sahəsində yeni tədbirlər nəticəsində daxili tələbatın yüksək olması səbəbilə 2019-cu ildə 2,7 faizə çatacaq.

Fondun proqnozlarına görə, ÜDM-in artım tempi 2020-ci ildə 2,1%, 2021-ci ildə 2,1%, 2022-ci ildə 2,2%, 2023-cü ildə 2,3%, 2024-cü ildə 2,5 olacaq. Eyni zamanda qeyri-neft sektorunda artım 2019-cu ildə 3,2%, 2020-ci ildə 3,3%, 2021-ci ildə 3,4% və 2022-2024-cü illərdə 3,5% təşkil edəcək. Neft sektorunda artım 2019-cu ildə 2,5%, 2020-2024-cü illərdə isə ildə 1,2% olacaq.

Beynəlxalq Valyuta Fondunun materiallarına əsasən, ərzaq malları qiymətlərində proqnozlaşdırılan aşağı inflyasiyanı və yeni büdcə qaydasına uyğun olaraq fiskal konsolidasiyasının davam edəcəyini nəzərə alaraq Azərbaycanda inflyasiya nəzarət altında qalmalıdır.

Həmçinin Fond Azərbaycanda inflyasiyanın səviyyəsinin 2019-cu ildə 3,2%, 2020-ci ildə 3,3%, 2024-cü ildə isə 3,5% səviyyəsində olacağını proqnozlaşdırır.

“Neftin qiymətinin 60 dollar/barel ətrafında dəyişəcəyi və cari hesabın profisitinin əhəmiyyətli olaraq qalacağı gözlənilir. Dövlət borcu iqtisadiyyatın ölçüsündən asılı olaraq azalacaq. Bununla belə, bəzi problemlər, o cümlədən bank sektorunun kövrəkliyi, struktur çatışmazlıqları, idarəetmədəki çatışmazlıqlar qalmaqdadır. Digər tərəfdən, risklər azalmaya doğru gedir. Azərbaycan xarici aktivlərdəki güclü təmiz mövqeyini nəzərə alaraq onun mənfi şoklara cavab vermək imkanına malik olacağını söyləmək olar”, - materiallarda deyilir.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycanın iqtisadi artım tempi 1,4% olub. 2019-cu ildə iqtisadi artımın təqribən iki dəfə artması əsasən hansı sahələr üzrə baş verir və bu artımda qeyri-neft sektorunun payı təqribən nə qədər olar? Həmçinin Beynəlxalq Valyuta Fondunun Azərbaycanla bağlı proqnozunu nə qədər real hesab etmək olar?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı İlham Əzizovla müzakirə edib.

İlham Əzizov: “Növbəti il yenə də neft qiymətlərindən aslılığımız davam edəcək və dövlət çox ciddi surətdə xərclərə nəzarəti artırmalıdır”.

Beynəlxalq Valyuta Fondunun ölkəmiz üçün verdiyi proqnozları real sayan iqtisadçı əlavə edib ki, gələn il büdcə nəzarəti və xərclərə münasibət daha da yenilənməlidir:

“Hələ 2018-ci il büdcəsi hazırlanarkən iqtisadi artımın 2019-cu ildə daha çox olacağı proqnozlaşdırılırdı. Bilirsiniz ki, proqnozlar növbəti 3 il üçün hazırlanır. 2019-cu ildə artımın 2018-ci ilə nisbətən iki dəfəyə yaxın artım olacağının əsası 2018-ci ildən bəri iqtisadi sahədə atılmış müsbət addımların nəticəsidir. Bu addımlar istər gömrük, istər vergi, istərsə də bank sistemində müşahidə olunmaqdadır.

Neft qiymətlərinin proqnozdan artıq olması ölkəni növbəti xarici şoklardan qoruyub və qorumaqdadır. Bu da müxtəlif sahələrə vəsait qoyuluşunda problemlər yaratmadı. Bundan əlavə qeyri-neft sektoruna diqqətin artırılması öz nəticəsini verməkdədir. Bu da öz növbəsində iqtisadi artım dinamikasında görünür. Növbəti il yenə də neft qiymətlərindən aslılığımız davam edəcək və dövlət çox ciddi surətdə xərclərə nəzarəti artırmalıdır.

İlham Əzizov: “İqtisadiyyatın liberallaşması, monopoliyanın aradan qalxması öz nəticələrini verir”.

Beynəlxalq Valyuta Fondunun Azərbaycan iqtisadiyyatı ilə bağlı müsbət rəyi sevindiricidir. Bunun əsasını qanunvericilik sahəsində BVF ilə əməkdaşlıq təşkil edir. İqtisadiyyatın liberallaşması, monopoliyanın aradan qalxması öz nəticələrini verir.

Beynəlxalq vəziyyət, İran İslam Respublikası ətrafında gedən proseslər gələcəkdə neftin qiymətlərinin aşağı olmayacağı anlamına gəlir. Bu da öz növbəsində büdcəsinin yarıdan çoxunun neftdən asılı olan ölkəmiz üçün hələlik həyati önəm daşıyır. Hazırki vəziyyət bizə imkan verir ki, ölkə üzrə qeyri-neft sektorunu inkişaf etdirək və stimullaşdıraq. Mən Fondun ölkəmiz üçün verdiyi proqnozları real sayıram. Amma gələn il büdcə nəzarəti və xərclərə münasibət daha da yenilənməlidir”.

Nərminə UMUDLU
pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar