Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda iqtisadi amnistiya gözlənilir - Bunun üçün etimad ortamı varmı?

İqtisadi amnistiyanın kölgə iqtisadiyyata, o cümlədən korrupsiyadan əldə olunan gəlirlərin leqallaşmasına hansı təsirləri olacaq?..

İqtisadçı-ekspert: “Maliyyə və əmlak amnistiyası etibar və etimad ortamı olmadan mümkün deyil”

Azərbaycanda maliyyə amnistiyasının qarantı kimi koalisyon yaxud da texnokrat hökumət çıxış edərsə və heç bir siyasi təqiblərin, sonradan cinayət təqiblərinin olmayacağı ilə bağlı insanlara təminat verilərsə, bu zaman bu amnistiyanın effekti ola bilər”. 

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda kapitalın və əmlakın amnistiyasının tətbiq edilməsinin nəticələrini PİA.az-a şərh edərkən qeyd edib.

Qeyd edək ki, Azərbaycanda kapitalın və əmlakın amnistiyasının tətbiqi nəzərdən keçirilir. Bu barədə məlumat verən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, burada məqsəd iqtisadi artımın və investisiyaların maliyyə mənbələrinin genişləndirilməsidir:

Azərbaycanda əvvəllər də iqtisadi siyasətdə amnistiya elementləri olub. Prezident İlham Əliyevin təsdiq etdiyi "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Qanun əslində müəyyən dərəcədə vergi amnistiyası kimi qəbul edilə bilərdi.

Bu qanunla faiz və maliyyə sanksiyaları üzrə borclar silinmişdi. Dünya təcrübəsində də amnistiyanın müxtəlif növlərinə, həmçinin uğurlu və uğursuz nəticələrinə rast gəlmək mümkündür”.

Həmçinin V.Qasımlı bildirb ki, sahibkarların vergi, statistika və digər dövlət orqanlarına təqdim etdikləri hesabatları müqayisə edəndə, həmçinin ev təsərrüfatlarının gəlirləri və xərclərini tutuşduranda "müşahidə olunmayan iqtisadiyyatın” konturlarını görmək olur.

Amnistiyanın kölgə iqtisadiyyata, o cümlədən korrupsiyadan əldə olunan gəlirlərin leqallaşmasına hansı təsirləri olacaq? Bu amnistiya Azərbaycanda məmur sahibkarlığının saha da böyüməsinə yol aça bilərmi?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı İqtisadçı-ekspert Natiq Cəfərlinin fikirlərini öyrənib.

Natiq Cəfərli: “Azərbaycanda qeyri-leqal kapital və əmlak daha çox məmurların əlindədir və amnistiya əsasən məmur iqtisadiyyatı ilə bağlı məsələdir və məmur sahibkarlığını əhatə edəcək”.

Azərbaycanda qeyri-leqal kapital və əmlakın daha çox məmurların əlində olduğunu xatırladan İqtisadçı-ekspert PİA.az-a açıqlamasında qeyd edib ki, hər şey məmurların bu prossesə nə qədər inanmasından asılıdır. Ekspert hesab edir ki, bu inam əsasında məmurlar və onların himayəsində olan sahibkarlar öz bizneslərini, gəlirlərini, əmlaklarını leqallaşdırmaqla bağlı qərar verəcəklər. Bu da müəyyən bir mexanizm çərçivəsində tənzimlənməlidir:

“Biz təşkilat olaraq 7 il bundan əvvəl kapitalın və əmlakın amnistiyasının qəbul edilməsini təklifi ilə çıxış etmişdik. Ölkədə ağ səhifədən iqtisadi münasibətlərin tənzimlənməsi ilə bağlı addımların atılmasının vacibliyini vurğulamışdıq.

Burada problem ondan ibarətdir ki, maliyyə amnistiyası və əmlak amnistiyası etibar və etimad ortamı olmadan mümkün deyil. Məlumdur ki, Azərbaycanda qeyri-leqal kapital və əmlak daha çox məmurların əlindədir və amnistiya əsasən məmur iqtisadiyyatı ilə bağlı məsələdir və məmur sahibkarlığını əhatə edəcək. Ona görə də hər şey məmurların bu prossesə nə qədər inanmasından asılıdır. Bu inam əsasında məmurlar və onların himayəsində olan sahibkarlar öz bizneslərini, gəlirlərini, əmlaklarını leqallaşdırmaqla bağlı qərar verəcəklər. Bu da müəyyən bir mexanizm çərçivəsində tənzimlənməlidir: Yəqin ki, həmin kapitalın, əmlakın böyük hissəsi vergi şəkilində onlardan alınmalıdır. Hesab edirəm ki, bu amnistiya elə belə verilmir.

Amnistiya o ölkələrdə effekt verib ki, orada inam ortamı, ədalətli məhkəmə sistemi olub. Həmçinin də hökumətin verəcəyi sözü tutacağını, həmin insanlarla bağlı daha heç bir cinayət əməlinin olmayacağı ilə bağlı sərt qanunlar qəbul olunub. Belə bir praktika olsa, bunun Azərbaycan üçün böyük xeyiri olar. Məsələn Rusiyada 2 il bundan öncə belə addım atıldı. Amma heç bir effekt vermədi. Çünki heç bir məmur biznesinin tam leqallaşması ilə bağlı qərar vermədi. Səbəb isə aydın idi. Heç bir məmur və oliqarx amnistiya verilən sərvətinin təhlükəsizliyi üçün hökümətin vədlərinə inanmadı.

Natiq Cəfərli: “Amnistiya o ölkələrdə effekt verib ki, orada inam ortamı, ədalətli məhkəmə sistemi olub”.

Azərbaycanda bu addımın atılması həm vacibdir, həm də lazımdır. Çünki bu iqtisadi, siyasi münasibətlərin tənzimlənməsi və yeni səhvənin açılması üçün vacibdir. Bunun üçün ciddi etimad ortamı olmalıdır.

Bu praktikadan əsasən Şərqi Avropa ölkələri istifadə edib və uğur qazanıblar. Buradan belə nəticə çıxarmaq olar ki, ən yaxşı halda bu koalisyon hökumətlər və yaxud da texniki hökümətlər dönəmimdə olub. Azərbaycanda da maliyyə amnistiyasının qarantı kimi koalisyon yaxud da texniki hökumət çıxış edəcəksə və heç bir siyasi təqiblərin, sonradan cinayət təqiblərinin olmayacağı ilə bağlı insanlara güvən verəcəksə, bu zaman bunun effekti ola bilər.

Bizim təkliflərimiz həm də ondan ibarət olub ki, kapital və mülkiyyət amnistiyasından əldə olunacaq vergi şəkilində gəlir dövlət büdcəsinə getməsin. Buna ayrıca ciddi ictimai nəzarət altında Tərəqqi Fondu yaradılmalıdır. Ola bilməz ki, fonda yığılan vəsaiti hökumət büdcənin formalaşdırılmasında istifadə etsin. Bu Tərəqqi Fondundan kökumətə yalnız iki istiqamətdə istifadə edməsi üçün icazə verilməlidir.

1. Vətəndaşların sosial təminatının gücləndirilməsi. Çünki o vəsait xalqdan oğurlanıb və bir hissəsi xalqa qaytarılmalıdır.

2. Kiçik və orta sahibkarlığa aşağı faizlə və uzun müddətli kreditlərin verilməsi

Sosial vəziyyətin güclənməsinə həm tibb, həm təhsil sahəsi daxil olmalıdır. Məsələn ali təhsil pulsuz olmalıdır. Tibbi sığorta aztəminatlı ailələrə tamamilə dövlət tərəfindən ödənilməlidir. Yəni sosial paketin içində müxtəlif istiqamətlər var.

Amma ikinci istiqamət daha konkretdir. Əgər qlobal olaraq belə bir model fikirləşilibsə, bu zaman uğur qazanmaq olacaq. Hətta Tərəqqi Fonduna milyardlarla vəsaitin yığılması mümkündür.

Natiq Cəfərli: “Məmur biznesdən qoparılmalıdır ki, biznes inkişaf etsin”.

Məmurlar seçim qarşısında qalır. Bu Şərqi Avropada da belə oldu. Belə ki, məmur öz biznesini bəyan edirsə, vergisini və bütün ödənişlərini edir. Bundan sonra məmur kimi fəaliyyətinə son verir. Yəni bir insan həm məmur, həm biznesmen ola bilməz. Bu mümkün deyil.

Məmur biznesdən qoparılmalıdır ki, biznes inkişaf etsin. Burada çox sərt cəzalar olmalıdır. Bu addımı atıb effekt görən ölkələrində də belə oldu ki, bir il müddət tanıdılar. Bu müddətdə insanlar əmlaklarını bəyan eydiklərinə görə cinayət məsuliyyətindən azad olunur. Amma bir ildən sonra üzə çıxan əmlaklar tamamilə müsadirə olunur. Sonradan da həmin şəxslərə görə beynəlxalq cinayət orqanları ilə bağlı fəaliyyət göstərilir ki, xaricdə olan mülkləri də üzə çıxsın. Yəni çox sərt qaydalar olmasa, bunun ciddi effekti olmayacaq”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar