Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda inzibati-iqtisadi məhkəmələr ləğv edilib

Azərbaycanın məhkəmə sistemində aparılan islahatlar çərçivəsində yanvarın 1-dən etibarən inzibati-iqtisadi məhkəmələr ləğv edilib və onları yeni yaradılmış kommersiya və inzibati məhkəmələr əvəz edib...

Ləğv edilən məhkəmələrin yerində ümumilikdə 12 yeni məhkəmə fəaliyyətə başlayıb. Bunlardan 6-sı kommersiya, 6-sı inzibati məhkəmədir. Yeni məhkəmələr regional prinsiplərlə, yəni ölkənin bütün şəhər və rayonlarında deyil – Bakı, Gəncə, Şəki, Şirvan, Sumqayıt, Naxçıvan şəhərlərində fəaliyyət göstərəcək.

Qeyd edək ki, indiyədək sahibkarlarla bağlı bütün mübahisələrə inzibati iqtisadi məhkəmələrdə baxılırdı. İndi isə sahibkarların öz aralarında olan mübahisələrə kommersiya məhkəmələrində, onların dövlət qurumları, o cümlədən, vergi, gömrük və DSMF ilə bağlı mübahisələrinə isə inzibati məhkəmələrdə baxılacaq.

Yeni məhkəmələrin işə düşməsi ilə yanaşı, buradakı hakim sayı da artırılıb. İndiyədək inzibati iqtisadi məhkəmələrdə 39 hakim çalışırdı, bu da hər hakimə düşən məhkəmə işlərinin sayını artırır, işlərə baxılmasını ləngidirdi. İndi isə yeni məhkəmələrə 42 hakim təyin edilib, tezliklə onların sayı 67-yə çatdırılacaq.(fed.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar